Icma.az
close
up
RU
Gürcüstan Prezidenti: “Sülh siyasəti və vahid birgəyaşayış əsas məqsədimizdir“

Gürcüstan Prezidenti: “Sülh siyasəti və vahid birgəyaşayış əsas məqsədimizdir“

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Sülh siyasəti və Gürcüstanda vahid birgəyaşayış əsas məqsədimizdir. Osetinlər və abxazlarla birlikdə, əsrlər boyu olduğu kimi, yenidən vahid Gürcüstanda birgə yaşamaq istəyirik".

Moderator.az "Report"a istinadla xəbər verir ki, bunları Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Baş nazir İrakli Kobaxidzenin Türkmənistana səfəri çərçivəsində keçirilən tədbirlər barədə danışarkən deyib.

Prezident bildirib ki, İ.Kobaxidze Türkmənistanda Gürcüstanı ləyaqətlə təmsil edib və çıxışı zamanı ölkənin milli maraqları, mövcud çətinliklər, qlobal vəziyyət, eləcə də işğal olunmuş ərazilərlə bağlı mühüm mesajlar səsləndirib.

"Hamımız layiqli çıxışın şahidi olduq. Bu çıxışda dövlətimizin maraqları, qarşılaşdığımız çətinliklər və demək olar, hər gün barəsində danışdığımız işğal altındakı ərazilərlə bağlı açıq və səmimi mesajlar yer alırdı", - M.Kavelaşvili vurğulayıb.

Prezidentin sözlərinə görə, Gürcüstan hökumətinin əsas məqsədi ölkənin birliyini və gələcəyini qorumaqdır.

"Müharibələr, hər iki tərəfin buraxdığı səhvlər olub. Lakin bu ağrılı səhifəni tədricən bağlayaraq, gələcəyə baxmalıyıq", - o qeyd edib.

M.Kavelaşvili əlavə edib ki, hazırkı mərhələdə emosional yanaşmalar və əsassız fərziyələr ölkənin maraqlarına xidmət etmir.

"Biz sadə təxribatlara qapılan hökumət deyilik. Kimin harada oturması ilə bağlı fərziyyələr irəli sürmək əvəzinə, reallığı düzgün dərk etməliyik. Mesajımız aydındır - prinsipial olmalı və ölkəmizin birliyini, gələcəyini qorumalıyıq", - Gürcüstan Prezidenti deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Dekabr 2025 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see470

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see240

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see182

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see151

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see143

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri