“Gürcüstan Qərb üçün əvvəlki strateji və siyasi cəlbediciliyini itirib” SİYASİ ŞƏRHÇİ
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
“Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Davos İqtisadi Forumuna dəvət edilməməsi rəsmi Tiflis üçün ciddi siyasi siqnaldır. Bu addım Gürcüstan hökumətinin son illərdə qəbul etdiyi qərarların Qərblə münasibətlərdə yaratdığı dərin etimadsızlığın göstəricisi kimi qiymətləndirilməlidir”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:
” “Gürcü Arzusu” hökuməti rəsmi ritorikasında Avropaya inteqrasiyanı prioritet elan etsə də, vətəndaş cəmiyyəti institutları və media ilə bağlı qəbul edilən məhdudlaşdırıcı qanunlar, Rusiya ilə genişlənən iqtisadi əlaqələr, eləcə də qeyri-şəffaf siyasi təmaslar bu bəyanatlarla ziddiyyət təşkil edir. Nəticədə Gürcüstan beynəlxalq müstəvidə tədricən siyasi izolyasiya vəziyyətinə düşür. Gürcüstan hökuməti bu kursu “müstəqil xarici siyasət” kimi təqdim etməyə çalışsa da, ABŞ və Avropa İttifaqı ilə münasibətlərdə yaranmış böhran ölkə üçün müsbət perspektivlər vəd etmir. Xüsusilə Rusiyanın regiondakı maraqlarına uyğun atılan daxili və xarici siyasət addımları Cənubi Qafqazda mənfi geosiyasi tendensiyaların dərinləşməsinə səbəb olur.
Hazırda Gürcüstanın ABŞ və Avropa İttifaqı ilə münasibətləri ən aşağı səviyyələrdən birindədir və bu münasibətlərin normallaşdırılması istiqamətində real addımlar gözlənilmir. Rəsmi Tiflis Zəngəzur dəhlizinin açılmasını da narahatlıqla qarşılayır ki, bu da Gürcüstanın regiondakı yeni nəqliyyat və enerji konfiqurasiyalarında öz rolunu itirmək qorxusundan qaynaqlanır”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, artıq Gürcüstan Qərb üçün əvvəlki strateji və siyasi cəlbediciliyini itirib.
“ABŞ və Avropa İttifaqı regionda əməkdaşlıq baxımından Ermənistan və Azərbaycanla münasibətlərə daha çox üstünlük verməyə başlayıb. Bu isə Gürcüstanın regional proseslərdən kənarda qalması riskini artırır.
Gürcüstan hökumətinin hazırkı siyasəti növbəti mərhələdə birbaşa öz əleyhinə işləyə bilər. Avropa İttifaqının Gürcüstana qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etməsi ehtimalı istisna edilmir. Bu ssenari baş verərsə, Gürcüstanın həm daxili sabitliyi, həm də beynəlxalq mövqeləri ciddi zərbə ala bilər”.
Şəbnəm
Şəbnəm
Baxış sayı:85
Bu xəbər 19 Yanvar 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















