Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gürcüstanın məqsədi Rusiya ilə münaqişənin sülh yolu ilə nizamlanması və ərazi bütövlüyünün bərpasıdır.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT Nazirlər Şurasının Vyanada keçirilən 32-ci iclasında çıxışında bildirib.
Nazir qeyd edib ki, Gürcüstanın sülh siyasəti işğala son qoyulmasından və işğal xətləri ilə bölünən cəmiyyətin birləşdirilməsindən ibarətdir.
“Biz tərəfdaşlarımıza Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəyişməz dəstəyə görə minnətdarıq. Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həllinin ATƏT-in və digər beynəlxalq təşkilatların gündəliyində vacib yer tutması önəmlidir”, - Boçorişvili əlavə edib.
XİN başçısı vurğulayıb ki, Rusiyanın Ukraynaya təcavüzü hər hansı bir “kollektiv təhlükəsizlik çətiri” ilə müdafiə olunmayan Gürcüstanın üzləşdiyi təhdidləri daha da kəskinləşdirib:
“Bu kontekstdə sabitlik bizim təhlükəsizliyimizin təminatı üçün son dərəcə vacibdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 04 Dekabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















