Icma.az
close
up
RU
Gürcüstan sanksiyalara cavab verəcək? XİN başçısı açıqladı

Gürcüstan sanksiyalara cavab verəcək? XİN başçısı açıqladı

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

“Sanksiyalar Gürcüstan hakimiyyətinə nədənsə imtina etmək üçün maksimum təzyiq göstərmək məqsədi daşıyan böyük prosesin bir hissəsidir”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “İmedi Live” proqramında deyib.

O, sanksiyaların ikitərəfli münasibətlərə mənfi təsir göstərdiyini bildirib.

“Bu addımlar münasibətlərə müsbət dinamika necə gətirə bilər? Tərəfdaş dövlətlərin belə addımlar atması və ikitərəfli münasibətlərə xələl gətirməsi həqiqətən də təəssüf doğurur”, - nazir deyib.
XİN rəhbəri Gürcüstanın sanksiyalara niyə cavab verməməsini belə izah edib:

“Biz cavab vermirik. Məhz ona görə ki, tərəfdaşlıq münasibətlərinə böyük dəyər veririrk. Bizim və Qərb tərəfdaşlarımız arasında qurulan münasibətlərin həm onlar üçün, həm də bizim üçün nə qədər vacib olduğunu çox yaxşı bilirik”.

M.Boçorişvili hazırkı Gürcüstan-Aİ münasibətlərinə də toxunub. Onun sözlərinə görə, Gürcüstanı ittifaqla əlaqələri dayandırmaqda əsassız ittiham edirlər.

“Əslində, iyun ayında Avropa İttifaqı tərəfindən Gürcüstanla dialoqu bir növ məhdudlaşdırmaq qərarı verildi. Biz Avropa İttifaqı ilə mövcud çərçivələrdə münasibətlər qurmağa həmişə hazır olmuşuq və hazırıq. Avropa Parlamenti ildə Gürcüstanla bağlı tamamilə yanlış interpretasiyalarla dolu beş qətnamə qəbul edəndə, təbii ki, bu, münasibətlərin normal çərçivəsini saxlamağa kömək etmir”, - XİN rəhbəri söyləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 23 Dekabr 2024 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri