Icma.az
close
up
RU
Gürcüstan seçkilərinə Avropa İttifaqından münasibət

Gürcüstan seçkilərinə Avropa İttifaqından münasibət

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqı Gürcüstanda Aİ-nin roluna dair dezinformasiyanı qəti şəkildə rədd edir və pisləyir, eləcə də Aİ səfirinə qarşı yönəlmiş şəxsi hücumları qınayır.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosi tərəfindən Gürcüstanda keçirilmiş yerli özünüidarəetmə seçkiləri ilə bağlı yayılan birgə bəyanatda qeyd olunub.

Bəyanatda vurğulanıb ki, “Gürcüstanda yerli özünüidarəetmə seçkiləri bu şənbə günü fərqli fikirlərin genişmiqyaslı boğulması şəraitində keçirilib”.

Bəyanatda qeyd olunur:

“Gürcüstanda yerli özünüidarəetmə seçkiləri bu şənbə günü fərqli fikirlərin genişmiqyaslı boğulması şəraitində keçirilib.

Müstəqil mediaya qarşı aylarla davam edən hücumlar, vətəndaş cəmiyyətinə qarşı yönəlmiş qanunların qəbul edilməsi, müxalifət nümayəndələrinin və aktivistlərin həbsi, eləcə də seçki məcəlləsində hakim partiyanın xeyrinə edilən dəyişikliklər rəqabətli seçkilərin keçirilməsinə ciddi şəkildə mane olub. Müxalifətin böyük hissəsi bu seçkiləri boykot edib və seçici fəallığı nisbətən aşağı olub.

Bundan əlavə, Gürcüstan hökumətinin beynəlxalq müşahidəçiləri, xüsusən də ATƏT/DTİHB nümayəndələrini vaxtında dəvət etməkdən imtina etməsi seçki prosesinin şəffaflığına zərbə vurub və etibarlı, məzmunlu beynəlxalq müşahidəyə mane olub. Mövcud repressiv mühit səbəbindən yerli təşkilatlar da müşahidədən imtina ediblər.

Əhalinin böyük bir hissəsi hakim partiyanın ‘Gürcü Arzusu’nun repressiv siyasətinə qarşı mütəmadi etiraz edib. Biz əsassız olaraq həbs edilmiş bütün şəxslərin azad edilməsinə çağırırıq.

Seçkilərdən sonrakı dövrdə sakitliyə və təmkinə çağırırıq, hökuməti vətəndaşların toplaşmaq və ifadə azadlığını qorumağa dəvət edirik. Bütün siyasi qüvvələrin və vətəndaş cəmiyyətinin iştirak etdiyi konstruktiv və inklüziv dialoq vacibdir və biz bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırırıq” , – bəyanatda deyilir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Oktyabr 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri