Gürcüstan TDT ölkələrinə ortaq sərhəd keçid məntəqələrinin yaradılmasını təklif edib
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gürcüstan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrə ortaq layihələrin həyata keçirilməsini təklif edib.
“Report” xəbər verir ki, bu təkliflə Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamentinin rəhbəri Zurab Siçinava Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında çıxış edib.
O qeyd edib ki, təklif olunan layihələrə ortaq sərhəd-keçid məntəqələrinin yaradılması və fəaliyyətinin təmin edilməsi, eləcə də tranzitin asanlaşdırılması daxildir:
“Xüsusilə Gürcüstan yeni kompüterləşdirilmiş tranzit sisteminə qoşulduqdan sonra bu təşəbbüslərin əhəmiyyəti daha da artacaq”.
Z. Siçinava əlavə edib ki, bu il TDT-yə üzv ölkələr üçün əsas prioritet gömrük vasitəsilə effektivlik, rifah və təhlükəsizliyin təmin edilməsidir: “Bu üç əsas istiqamət üzrə işlər davam etdirilməlidir”.
Baxış sayı:88
Bu xəbər 16 Yanvar 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















