Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlandı
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gürcüstan-Rusiya sərhədinə aparan yolda (Yuxarı Lars gömrük-keçid məntəqəsi) bütün növ nəqliyyat vasitələrinin hərəkəti qar uçqunu təhlükəsi səbəbindən qadağan edilib.
Moderator.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə ölkənin Avtomobil Yolları Departamenti məlumat yayıb.
Nəqliyyatın hərəkətinə qoyulan qadağa beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri (Posta) - Kobi hissəsində qüvvədədir.
Hərbi Gürcüstan yolu kimi tanınan Mtsxeta-Stepantsminda-Lars magistralı hazırda Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur.
Kazbeqi - Yuxarı Lars gömrük-keçid məntəqəsi isə bu gün Gürcüstan-Rusiya quru sərhədində fəaliyyət göstərən yeganə buraxılış məntəqəsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 01 Yanvar 2026 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















