Gürcüstan və Türkmənistan Orta Dəhlizlə bağlı əməkdaşlığı müzakirə edib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.
APA-nın yerli bürosu xəbər verir ki, tərəflər iki ölkə arasında siyasi-iqtsadi münasibətləri müzakirə ediblər.
Görüşdə tranzit-logistika sahəsində və Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyadan Gürcüstanın dəniz limanlarına əlavə yüklərin cəlb olunması üzrə əməkdaşlığın potensialına diqqət ayırlıb.
Kobaxidze Türkmənistan qazının Gürcüstan vasitəislə nəqlinə köməkliyin göstərilməsinə hazırlıq ifadə edib. O, Türkmənistanın dövlət başçısına Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyinə, eləcə də işğal altında olan ərazilərin tanınmaması siyasətinə görə təşəkkürünü bildirib.
Görüşdə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinə hazırlıq ifadə olunub.
Kobaxidze Berdiməhəmmədovu Gürcüstana rəsmi səfərə dəvət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 11 Dekabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















