Gürcüstan XİN: Avropa Parlamentinin Gürcüstan ilə bağlı hesabatı reallıqdan tamamilə uzaqdır
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tbilisi, 5 may, AZƏRTAC
Avropa Parlamentinin Gürcüstan ilə bağlı hesabatı reallıqdan tamamilə uzaqdır. Bu hesabat Gürcüstan cəmiyyətində radikal hissləri qütbləşdirmək və təşviq etmək üçün yeni bir cəhddir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) Avropa Parlamentinin Gürcüstanla bağlı hesabatı ilə bağlı yaydığı mətbuat açıqlamasında əksini tapıb.
Bildirilir ki, hesabat reallıqdan tamamilə uzaqdır, faktlar qəsdən təhrif edilir, absurd ittihamlar irəli sürülür və dezinformasiya yaymaq üçün məlumatları manipulyasiya etmək metodlarından istifadə olunur. Aİ institutunun bu cür ədalətsiz münasibəti Gürcüstan ilə Aİ arasındakı münasibətləri sarsıdır və ortaq maraqlarımıza zərər verir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Baxış sayı:93
Bu xəbər 05 May 2026 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















