Gürcüstan XİN rəhbəri ABŞ Konqresinin nümayəndələrini qəbul edib FOTO
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin aparat üzvlərindən ibarət iki partiyalı nümayəndə heyəti ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Xarici İşlər Nazirliyi yayıb.
Görüş zamanı tərəflər Gürcüstan və ABŞ münasibətlərinə dair əsas məsələləri və regionda baş verən prosesləri müzakirə ediblər. Xüsusi diqqət Gürcüstanın regionda əlaqələndirici roluna və Orta Dəhlizin nəqliyyat potensialına yönəldilib.
Gürcüstan ABŞ-ın regionda fəal iştirakını alqışlayıb. Delegasiya üzvləri isə ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə şərtsiz, iki partiyalı dəstəyini qeyd ediblər və bu istiqamətdə Konqresin rolunu vurğulayıblar.
Görüş zamanı həm qlobal, həm də regional siyasət və təhlükəsizlik məsələlərində Gürcüstanın rolu müzakirə olunub. Xarici işlər naziri Maka Boçorişvili isə ABŞ-la münasibətləri yenidən gücləndirmək və strateji tərəfdaşlığı bərpa etmək istədiklərini bir daha təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 29 Yanvar 2026 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















