Gürcüstana ən çox investisiya yatıran ölkələr Azərbaycan 5 cidir
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu ilin ilk rübü ərzində Gürcüstana investisiya yatıran ölkələr arasında Azərbaycan 5-ci yerdə qərarlaşıb.
Yeniavaz.com xəbər verir ki, Gürcüstana yatırılan birbaşa xarici investisiyaların 13,9%-i və ya 25 milyon dolları Azərbaycanın payına düşüb.
Qeyd edək ki, Gürcüstana birbaşa xarici investisiyalar 2025-ci ilin I rübündə, 2024-cü ilin birinci rübü ilə müqayisədə 7,7% azalaraq 179,4 milyon dollar təşkil edib.
Gürcüstana ən çox investisiya yatıran ölkə Çexiya olub. Ümumi birbaşa xarici investisiyaların 23,9%-i və ya 43 milyon dolları Çexiyanın payına düşüb. ABŞ 39,6 milyon dollarla (22,1%) ikinci, Türkiyə 28,1 milyon dollarla (15,7%) üçüncü, Virgin adaları isə 25,4 milyon dollarla (14,2%) dördüncü yerdə qərarlaşıb.
Azərbaycandan sonra Gürcüstana ən çox investisiya yatıran ölkələr isə Marşal adaları (24,1 milyon dollar), Niderland (22,4 milyon dollar), Rusiya (19,2 milyon dollar), İsrail (12,9 milyon dollar) və Malta (12,4 milyon dollar) olub.
Elnur Əli
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>

Azərbaycana ən çox investisiya yatıran ölkələr SİYAHI
03 Dekabr 2024 14:08

