Gürcüstana qayıtmağımda rus agentlərinin rolu olub
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bildirib ki, onun Gürcüstana qayıtması qərarında ətrafındakı “Rusiya agenti” rol oynayıb.
Modern.az xəbər verir ki, Saakaşvili bu barədə Tbilisi Şəhər Məhkəməsində keçirilən proses zamanı danışıb.
Onun sözlərinə görə, yaxın çevrəsində olan bir şəxs onu davamlı şəkildə Gürcüstana qayıtmağa razı salıb və sonradan məlumatlarını hakimiyyətə ötürüb.
“Ətrafımda Rusiya agenturası fəaliyyət göstərirdi. Bir nəfər daim məni Gürcüstana qayıtmağa çağırırdı”, – deyə eks-prezident bildirib.
Saakaşvili qeyd edib ki, 2020-ci ildə Gürcüstana qayıtmaq üçün etdiyi ilk cəhd də uğursuz olub. O iddia edib ki, həmin şəxs onun koordinatlarını hakimiyyətə ötürüb və nəticədə Batumidə təhlükə siqnalı elan edilib.
Eks-prezident əlavə edib ki, 2021-ci ilin oktyabrında Gürcüstana gizli qayıdışı zamanı da onu qarşılamalı olan şəxs iki saat sonra məlumatları hakimiyyətə verib.
Bununla belə, Saakaşvili həmin şəxslərin adlarını açıqlamayıb.
Baxış sayı:164
Bu xəbər 21 May 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















