Icma.az
close
up
RU
Gürcüstana səhayət üçün bu variantdan da istifadə etmək olar VİDEO

Gürcüstana səhayət üçün bu variantdan da istifadə etmək olar VİDEO

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sərnişin qatarla Gürcüstana gedir, avtomobili isə ondan əvvəl və ya sonra  həmin ölkəyə çatdırılır. Quru sərhədlərin bağlı qalması fonunda şəxsi avtomobillə Gürcüstanda səfər etmək istəyənlər üçün alternativ yol kimi məhz bu variant gündəmə gəlib. 

"Unikal" Xəzər Tv-yə istinadən xəbər verir ki, logistika üzrə ekspert Hafiz Əmiraslanov deyir ki, son günlər bu istiqamətdə müraciətlər artıb.

Onun sözlərinə görə, avtomobilin Gürcüstana göndərilməsi üçün əsasən CMR, yəni beynəlxalq yükdaşıma sənədi, invoys və ölkədən çıxışa icazə tələb olunur.

Bu isə o deməkdir ki, vətəndaş qatarla Tbilisiyə və ya Gürcüstanın digər istiqamətlərinə gedə, avtomobilini isə ayrıca daşıma vasitəsilə həmin ölkəyə göndərə bilər. Ekspert bildirir ki, prosesin əsas üstünlüyü ailəvi və uzunmüddətli səfərlərdə özünü göstərir. Çünki Gürcüstanda bir neçə şəhərə getmək, bölgələrə səfər etmək və istirahət müddətində taksi və ya kirayə avtomobil xərclərindən yayınmaq istəyənlər üçün bu daha rahat ola bilər. Amma avtomobilin geri qaytarılması zamanı qiymətlər bir qədər fərqlənir. Buna səbəb Gürcüstan üzərindən Azərbaycana gətirilən xarici avtomobillərin çoxluğu və daşıma istiqamətində tələbatın yüksək olmasıdır.

Yəni Gürcüstana aparılan şəxsi avtomobil səfər bitdikdən sonra yenidən Azərbaycana qaytarılmalı və Bakı gömrük terminalında rəsmiləşdirilməlidir. Mütəxəssislər bildirirlər ki, bu üsuldan istifadə etmək istəyənlər əvvəlcədən həm sənədləşmə qaydasını, həm də ümumi xərci dəqiqləşdirməlidirlər. Xüsusilə avtomobil başqa şəxsin adınadırsa, kreditdədirsə və ya etibarnamə ilə idarə olunursa, sənəd tələbləri əvvəlcədən yoxlanmalıdır.




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://unikal.az
archiveBu xəbər 02 İyun 2026 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri