Gürcüstanda 3 dəfə inqilaba cəhd edilib
Icma.az bildirir, Modern.az portalına istinadən.
Gürcüstanda müxalifətin əvvəlcədən yazılmış və razılaşdırılmış bir inqilab planı var. Bu planın həyata keçirilməsinə xaricdən maliyyə yardımı göstərilib.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Hökumət başçısı deyib ki, müxalifətin və onların xaricdəki havadarlarının bütün cəhdlərinə baxmayaraq ölkədə “maydan” heç vaxt baş tutmayıb və olmayacaq.
Baş nazir əlavə edib: “Biz görürük ki, razılaşdırılmış və əvvəlcədən yazılmış bir plan var və bu plana xaricdən maliyyə dəstəyi göstərilib. Bu planın həyata keçirilməsi məqsədilə bəzi insanlar qanun qəbul edilməsi zamanı şəffaflıqdan qaçmaq istəyirdilər. Buna nail olmadıqda isə inqilab ssenariləri hazırlandı və qeyri-müəyyən şəkildə maliyyələşdirildi. Son 4 ildə 3 dəfə inqilaba cəhd olundu. Biz buna imkan vermədik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 02 Dekabr 2024 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















