Gürcüstanda adam öldürməyə cəhddə təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanıldı
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Gürcüstanda qəsdən adam öldürməyə cəhd ittihamı ilə 35 yaşlı Azərbaycan vətəndaşı N.A. saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) sosial şəbəkə hesabında məlumat verilib.
İstintaqla müəyyən edilib ki, Tbilisidə sözügedən azərbaycanlı şəxs qarşılıqlı mübahisə zəminində 1997-ci il təvəllüdlü xarici ölkə vətəndaşı İ.M.-ya soyuq silahla xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralanan şəxs tibb müəssisəsinə yerləşdirilib.
Əməliyyat tədbirləri nəticəsində polis təqsirləndirilən şəxsi qısa müddət sonra yaxalayıb.
O, günahı sübuta yetirilərsə, 15 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Faktla bağlı istintaq davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Adam öldürməyə cəhddə təqsirləndirilən azərbaycanlı ər arvada bəraət verildi
24 Aprel 2025 10:14
İmamı öldürməyə cəhddə təqsirləndirilən şəxsə ağır cəza verilib
25 Dekabr 2024 09:16
Reper Diddi adam öldürməyə cəhddə ittiham olunur
02 Dekabr 2024 11:06
Diddi adam öldürməyə cəhddə də ittiham olunur
03 Dekabr 2024 14:44
Baxış sayı:117
Bu xəbər 08 Aprel 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















