Icma.az
close
up
RU
Gürcüstanda Antikorrupsiya Bürosu ləğv olunacaq Seçkidə xaricdə səs vermək mümkün olmayacaq

Gürcüstanda Antikorrupsiya Bürosu ləğv olunacaq Seçkidə xaricdə səs vermək mümkün olmayacaq

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı il martın 2-dən Gürcüstan Antikorrupsiya Bürosunu ləğv edəcək, bu qurumun funksiyası Dövlət Audit Xidmətinə veriləcək.

“AzPolitika” bildirir ki, bunu noyabrın 17-də brifinqdə parlamentin sədri Şalva Papuaşvili deyib. O, həmin tarixdən şəxsi məlumatların qorunması xidmətinin də ləğv olunacağını, onun da səlahiyyətlərinin Dövlət Audit Xidmətinə keçəcəyini açıqlayıb.

Parlament sədri deyib ki, müstəqil konstitusion orqan olaraq Audit Xidmətinin institusional müstəqilliyi yüksəkdir, bu isə beynəlxalq standartlara tam uyğundur. 2026-cı il yanvarın 1-dən biznes ombudsmanı institutu İqtisadiyyat Nazirliyinin tərkibinə keçir.

"Dəyişikliklər idarəetmə sistemini Konstitusiya ilə müəyyən edilmiş institusional çərçivəyə uyğunlaşdıracaq, dövlət resurslarının optimallaşdırılmasını (ildə təxminən 20 milyon lari), struktur funksiyalarının sadələşdirilməsini, daha dəqiq öhdəlikləri və effektiv idarəetməni təmin edəcək", – Papuaşvili deyib.

"Exo Kavkaza" yazır ki, hakim "Gürcü Arzusu" partiyası xaricdə yaşayan Gürcüstan vətəndaşlarının ölkə xaricindən səsverməsini qadağan etməyə hazırlaşır. Bunu da xüsusi brifinqdə parlament sədri Ş.Papuaşvili deyib. Mövcud Seçki Məcəlləsinə görə, qeyri-rezidentlər bələdiyyə seçkilərində səs verə bilmirlər, lakin parlament seçkilərində iştirak etmək hüququna malikdirlər, bunun üçün xaricdə seçki məntəqələri açılır.

Gözlənən dəyişikliklərə əsasən, vətəndaşlar parlament seçkilərində, bələdiyyə seçkilərində olduğu kimi, yalnız ölkə ərazisində səs verə biləcəklər. Ş.Papuaşvilinin sözlərinə görə, bu yenilik seçki hüquqlarını məhdudlaşdırmır, sadəcə olaraq səsvermənin yerini və sərhədlərini müəyyən edir: "Əvvəlki kimi, hər bir Gürcüstan vətəndaşının seçkilərdə iştirak etməyə tam hüququ və imkanı olacaq. Yeganə şərt dörd ildən bir vətənə gəlib Gürcüstan ərazisində səs verməkdir".

O, Gürcüstandan kənarda səs vermək üçün daha səsvermə infrastrukturunun qurulmayacağını bildirib. "Bu model beynəlxalq standartlara tam uyğundur, İrlandiya, Malta, İsrail, Ermənistan kimi ölkələrdə tətbiq olunur… Xarici yurisdiksiya və dövlətin müdaxiləni önləyə bilmədiyi siyasi mühitin təsiri altında qeyri-rezidentlərə təsir riskləri mövcuddur. Bundan başqa, qeyri-rezidentlərə qarşı informasiya manipulyasiyası riski də yüksəkdir", – Papuaşvili deyib.

Gürcüstan parlamentinin spikeri mövcud Seçki Məcəlləsinə başqa dəyişikliklərin də ediləcəyini bildirib, amma onların nədən ibarət olacağını açıqlamayıb.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Noyabr 2025 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see158

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see136

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see133

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri