Icma.az
close
up
RU
Gürcüstanda Azərbaycan mədəniyyət ocaqlarına ayrılan dövlət vəsaiti artırılır

Gürcüstanda Azərbaycan mədəniyyət ocaqlarına ayrılan dövlət vəsaiti artırılır

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Gürcüstanın gələn ilin dövlət büdcəsindən Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı üçün ayrılacaq vəsaitin həcmi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstanın 2026-cı il üçün dövlət büdcəsi layihəsinə əsasən, növbəti il üçün muzeyə 78 min lari (49 min AZN), teatra isə 377 min lari (236,5 min AZN) həcmində vəsait ayrılacaq.

Hər iki mədəniyyət ocağı üçün nəzərdə tutulan vəsaitlərin həcmi 2025-ci ildə ayrılmış vəsaitlərdən çoxdur. Belə ki, builki dövlət büdcəsindən muzeyə ayrılmış dövlət vəsaiti 64 min lari, teatr üçün isə 318 min lari təşkil edir.

Muzey dövlət vəsaitinin 50 min larisini maaşların ödənilməsinə yönəldəcək, 28 min larini isə qanunla icazə verilən xidmətlər əsasında əldə edə biləcək.

Teatr isə dövlət vəsaitinin 356 min larisini əməkhaqlarının qarşılanması üçün istifadə edəcək. Mədəniyyət ocağı il ərzində qanunvericiliyə uyğun xidmətlər əsasında 20 min lari həcmində gəlir əldə etmək hüququna malik olacaq. Digər xərclər üçün isə min lari nəzərə tutulub.

Büdcə layihəsində Petros Adamyan adına Tbilisi Dövlət Erməni Dram Teatrına ayrılması planlaşdırılan dövlət vəsaitinin həcmi 906 min lari (568,3 min AZN) təşkil edir. Bu rəqəm 2025-ci ilin dövlət büdcəsində 752 min lari olub. Gələn il üçün vəsait illik müqayisədə 20,4% çox olmaqla yanaşı, Azərbaycan teatrı üçün ayrılacaq dövlət vəsaitini 2,8 dəfə üstələyir.

Qeyd eədk ki, hazırda layihə Gürcüstan parlamentində komitələr formatında müzakirə olunur. Sənədin oktyabrın 14-də hökumətə təqdim olunacağı gözlənilir. Daha sonra layihə düzəlişlərlə birgə parlamentin sessiya iclaslarında müzakirələrə çıxarılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 Oktyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri