Gürcüstanda Azərbaycanla bağlı yalan məlumat yayan jurnalist saxlanıldı
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstanda nəşr olunan populyar "Asaval-Dasavali" qəzetinin əməkdaşı Domenti (Dito) Çubinidze Gürcüstan-Azərbaycan sərhədinin Keşikçidağ (David Qareci) monastır kompleksinin yerləşdiyi hissəsi barədə dərc etdiyi materiallara görə vətənə xəyanətdə günahlandırılaraq saxlanılıb.
"AzPolitika" xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu rəsmi məlumat yayıb.
"2026-cı ilin fevral ayından başlayaraq Domenti Çubinidze müxtəlif media orqanları və sosial platformalar vasitəsilə mütəmadi olaraq yalan, eləcə də dezinformasiya xarakterli məlumatlar yayıb. O, uydurma faktlar əsasında iddia edib ki, Gürcüstanın baş nazirinin qonşu ölkə ilə imzaladığı gizli razılaşmaya əsasən, David Qareci monastır kompleksinin bir hissəsi Azərbaycana təhvil verilib", - deyə məlumatda bildirilir.
Prokurorluqdan həmçinin izah edilib ki, dövlət sərhədi qonşu ölkələr arasında beynəlxalq müqavilə və ya saziş yolu ilə müəyyənləşdirilir və daha sonra parlament tərəfindən təsdiqlənir. Eyni zamanda, sərhəd məsələləri ətrafında danışıqların aparılması yalnız sərhədin delimitasiyası və demarkasiyası üzrə hökumət komissiyasının müstəsna səlahiyyətinə aiddir.
"Sərhədin müəyyənləşdirilməsi və təsdiqi üzrə hökumət komissiyasının mandatı daxilində David Qareci monastır kompleksinin aid olduğu ərazi ilə bağlı bu günə qədər heç bir razılaşma əldə edilməyib. Qeyd olunan rəsmi prosedur baş nazirin hər hansı bir ərazini başqa dövlətə verməsi ehtimalını hətta nəzəri baxımdan da istisna edir", - deyə açıqlamada bildirilir.
Hazırda Çubinidzeyə qarşı sabotaj və vətənə xəyanət maddələri ilə rəsmi ittiham irəli sürülüb. O, təqsirli bilinərsə, dörd ilə qədər azadlıqdan məhrumetmə cəzası ala bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 22 Oktyabr 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















