Gürcüstanda azərbaycanlı gənci qətlə yetirən şəxslə bağlı xəbər var
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gürcüstanın Marneuli rayonunun mərkəzi bazarında 27 yaşlı Sahib Bayramovun qətli ilə bağlı qiyabi ittiham irəli sürülüb.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.
Məlumata əsasən, Daxili İşlər Nazirliyinin həyata keçirdiyi istintaqla müəyyən edilib ki, 2026-cı ilin yanvarın 4-də Marneuli bazarı ərazisində təqsirləndirilən şəxs sifariş əsasında xüsusi amansızlıqla ata və oğlunu odlu silahla yaralayaraq hadisə yerindən qaçıb. Yaralılardan biri aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib, digərinin həyatı isə vaxtında göstərilmiş tibbi yardım sayəsində xilas edilib.
“Təqsirləndirilən şəxsə qarşı sifarişlə və xüsusi amansızlıqla iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması maddələri üzrə ittihamlar irəli sürülüb. Bu ittihamlara görə 20 ilədək müddətə və yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”, – məlumatda deyilir.
Baş Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.
Baxış sayı:40
Bu xəbər 06 Yanvar 2026 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















