Gürcüstanda azərbaycanlıların toyunda mübahisə düşüb, ölən və yaralılar var
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qara Təhlə kəndində keçirilən toy mərasimində mübahisə yaşanıb.
APA-nın yerli bürosu xəbər verir ki, yanvarın 5-də axşam saatlarında baş vermiş insident bir nəfərin ölümü, dörd nəfərin isə xəsarət alması ilə nəticələnib.
Yerli actual.ge saytının məlumatına əsasən, məclisdə yaranan mübahisə daha sonra toydan kənar yerlərdə davam edib. Fiziki qarşıdurma zamanı orta yaşlı Fail Əliyev adlı şəxsin üzərinə avtomobil sürülüb və o, hadisə yerində ölüb.
Hadisə zamanı bıçaq yaraları alanlar Rustavi şəhərindəki xəstəxanalardan birinə çatdırılıb.
Gürcüstanın Daxili İşlər Nazirliyindən insidentlə bağlı qəsdən adam öldürmə maddəsi üzrə istintaqın aparıldığı bildirilib.
Yayılan məlumatlara əsasən, Fail Əliyev mübahisənin düşdüyü toyun tamadası olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 06 Yanvar 2026 21:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















