Gürcüstanda bir qrup azərbaycanlı iki yeniyetmənin ölümü ilə bağlı aksiya keçirib
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gürcüstanın Bolnisi rayonunun Naxiduri kəndində vəziyyət gərginləşib.
“Report”un yerli bürosu xəbər verir ki, sakinlər iki yeniyetmənin həyatını itirməsinə səbəb olan avtomobilin sürücüsünün törətdiyi hadisəylə bağlı etiraz aksiyası keçirirlər.
Əraziyə xüsusi təyinatlılar cəlb edilib, vəziyyət gərgin olaraq qalır.
Yerli sakinlər bildirirlər ki, sürücü avtomobili sərxoş vəziyyətdə idarə edirmiş. Onlar təcili yardım avtomobilini də aşırıblar. Həmin avtomobildə hadisəni törədən sürücünün gizləndiyi iddia edilir, həmçinin yeniyetmələri aparan avtomobilə də müdaxilə olunub.
Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin Kvemo-Kartli Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Marneuli-Bolnisini birləşdirən yolda yol-nəqliyyat hadisəsini törətmiş sürücü, 2003-cü il təvəllüdlü T.Ç saxlanılıb.
Qeyd edək ki, hadisə zamanı 15 yaşlı Elçin Binnətov və Sinan Şərifov ölüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 31 Dekabr 2024 00:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















