Gürcüstanda bu il sürücülük vəsiqəsi alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda 20 nəfər Azərbaycan vətəndaşı sürücülük vəsiqəsi alıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatından məlum olur.
Avtomobil idarə etmək hüququnu qonşu ölkədə əldə etmiş 16-49 yaş arasında olan Azərbaycan vətəndaşlarının 10-u kişi, 10-u qadındır.
İlk doqquz ayda Gürcüstanda ümumilikdə 3 528 nəfər sürücülük vəsiqəsi alıb ki, onların 2 783-ü Gürcüstan vətəndaşı, 745-i isə əcnəbilərdir.
Qeyd edək ki, Gürcüstanda sürücülük hüququ 16 yaşdan etibarən verilir. Bu yaşda moped, kvadrasikl və trisiklləri idarə etmək hüququ əldə etmək olur.
2025-ci ilin may ayının sonundan etibarən Gürcütanda əcnəbilər sürücülük vəsiqəsini yalnız yaşayış icazəsi və yaxud ölkədə 185 gündən artıq qalma haqqında arayış əsasında ala bilirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 27 Oktyabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















