Gürcüstanda bu ticarət mərkəzləri partladıla bilər ABŞ səfirliyindən xəbərdarlıq
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin Gürcüstandakı səfirliyi Tbilisidəki üç böyük ticarət mərkəzinə bomba qoyulması ilə bağlı xəbərdarlıq edib.
"Unikal" xəbər verir ki, Amerika diplomatik missiyasının rəsmi saytında müvafiq məzmunlu yazı dərc olunub.
“Nəzərinizə çatdıraq ki, ABŞ səfirliyi Gürcüstanın paytaxtında üç ticarət mərkəzinə bomba qoyulması ilə bağlı məlumat öyrənib”, - bəyanatda deyilir.
Xüsusilə, söhbət şəhərin kənarındakı "East Point" ticarət mərkəzlərindən və şəhərin mərkəzindəki "Galleria Tbilisi"dən gedir. Bombanın partlaya biləcəyi üçüncü ticarət mərkəzi Gürcüstan paytaxtının şimal girişində yerləşən "Tbilisi"dir.
Səfirliyin Tbilisidə Regional Təhlükəsizlik İdarəsi bütün diplomatik missiya işçilərinə növbəti xəbərdarlıq edilənə qədər bu ərazilərdən uzaq durmağı tövsiyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 07 May 2025 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















