Gürcüstanda dəmir yolu vasitəsilə daşınan yüklərin həcmində Azərbaycanın payı 1,7 faiz artıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tbilisi, 19 noyabr, AZƏRTAC
Cari ilinn üçüncü rübündə Gürcüstanın dəmir yolu nəqliyyatı vasitəsilə daşınan yüklərin həcmində Azərbaycanın payı 1,7 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika xidməti məlumat yayıb. Bildirilir ki, hesabat dövründə Gürcüstan ərazisinə daxil olan dəmir yolu yüklərinin 32 faizi Azərbaycandan, 29,1 faizi isə Rusiyadan göndərilib. Rüblük müqayisədə Azərbaycanın payı 1,7 faiz artıb.
Ümumiyyətlə isə bu ilin III rübündə Gürcüstanın dəmir yolu nəqliyyatı vasitəsilə daşınan yüklərin həcmi illik müqayisədə 1,4 faiz azalaraq 3,5 milyon ton təşkil edib. Hesabat dövründə daşınan yüklərin 9,5 faizi ölkədaxili, 32,4 faizi beynəlxalq, 58,1 faizi isə tranzit daşımaları olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 19 Noyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















