Gürcüstanda əcnəbilər üçün multiviza tətbiq olunacaq
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gürcüstanda əncnəbilər üçün C5 kateqoriyalı yeni vizanın tətbiq olunacağı gözlənilir.
APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı ölkənin "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu" haqqında qanuna düzəlişlər hazırlanıb.
Layihəyə əsasən, yeni qısamüddətli multiviza (çoxdəfəlik giriş) Gürcüstanda 1 il müddətində qalmaq hüququ ilə 5 il müddətinə veriləcək. C5 kateqoriyalı viza Gürcüstana turistik səfərlə yollanan və işgüzar məqsədlə gələn qeyri-rezidentlər üçün nəzərdə tutulacaq. Vizanın həmin şəxslərin həyat yoldaşı və yetkinlik yaşına çatmayan uşaqları üçün də rəsmiləşdirilməsi mümkün olacaq.
Hakim "Gürcü Arzusu" partiyasının təşəbbüskarı olduğu qanun layihəsi artıq parlamentə daxil olub və sürətləndirilmiş qaydada nəzərdən keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 06 Aprel 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















