Icma.az
close
up
RU
Gürcüstanda etiraz aksiyaları üçün yeni qaydalar qəbul edilib Cəzalar artırılır

Gürcüstanda etiraz aksiyaları üçün yeni qaydalar qəbul edilib Cəzalar artırılır

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Polis son beş gündə Tbilisidə Rustaveli prospektini qanunsuz bağlayaraq toplantı və nümayişlərin keçirilməsi qaydalarını pozduqlarına görə 29 etirazçını saxlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin saytında dərc olunan açıqlamada deyilir.

İki həftə əvvəl ölkə parlamenti aksiyalar zamanı küçələri bağlamağa görə cəzanı inzibati həbsə qədər sərtləşdirib. Düzəlişlər qüvvəyə minməzdən əvvəl bu pozuntu cərimə ilə nəticələnirdi.

"Etirazçılar patrul polisinin qanunsuz hərəkətlər etməkdən və yolu bağlamaqdan çəkinmək barədə çoxsaylı çağırışlarına tabe olmayıblar. Saylarının az olmasına baxmayaraq, nümayişçilər yenidən Rustaveli prospektini bağlayaraq süni şəkildə nəqliyyatın hərəkətinə mane olublar", - deyə bəyanatda bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi etirazçıları qanunsuz hərəkətlər etməkdən çəkinməyə çağırıb və xəbərdarlıq edib ki, əks halda qurum qanuni səlahiyyətləri çərçivəsində hərəkət edəcək, bütün qanun pozucularını müəyyən edəcək və müvafiq tədbirlər görəcək.

Gürcüstanda etirazlar 28 noyabr 2024-cü ildə hökumətin AB-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər gündəmdən çıxarılması qərarına cavab olaraq başlayıb.

Etirazçılar hökuməti Avropa inteqrasiyasından imtina etməkdə günahlandırır və qanunsuz olaraq həbsdə saxlanıldığına inandıqları şəxslərin azad edilməsini və erkən parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Gürcüstan hakimiyyəti buna əməl etməkdən imtina edib və cavab olaraq etirazlar üçün qaydaları sərtləşdirmək, o cümlədən strateji obyektlərin hədəf piketlərinin qadağan edilməsi, yolların əsassız bağlanması, maska ​​taxılması və bu qaydaları pozduqlarına görə cərimələrin və həbs cəzalarının artırılması qərarına gəlib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Noyabr 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri