Icma.az
close
up
RU
Gürcüstanda etirazlar davam edir Zurabişvili yeni seçkilərə çağırdı

Gürcüstanda etirazlar davam edir Zurabişvili yeni seçkilərə çağırdı

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Gürcüstanın qərbyönlü prezidenti Salome Zurabişvili hökumətin Avropa İttifaqına üzvlük danışıqlarını dayandırmaq qərarına etirazlar davam etdiyi üçün yeni parlament seçkiləri keçirilənə qədər vəzifəsində qalacağını bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə BBC-yə danışıb.
Müxalifətin tərəfində olan Zurabişvili ötən ay keçirilən seçkilərdə saxtakarlıq iddialarından sonra hazırkı parlamenti “qeyri-legitim” adlandırıb.
Prezident bildirib ki, ölkənin yeni seçilmiş parlamenti onun yerinə deputatı dekabrın 14-də seçəcəyini deməsinə baxmayaraq, o, prezident vəzifəsini qoruyub saxlayacaq.
Qeyd edək ki, Gürcüstanın bir çox şəhərlərində, xüsusilə də paytaxt Tbilisidə etiraz aksiyaları davam edir. Son məlumatlara görə, etirazçılar paytaxtın Çavçavadze prospektində nəqliyyatın hərəkətini kəsiblər. Onlar daha əvvəl olduğu kimi, səhər saatlarında etirazları dayandıraraq dağılışmayıblar.
Artıq iki gündür Gürcüstanda kütləvi etiraz aksiyaları keçirilir. Noyabrın 29-dan 30-na keçən gecə Tbilisidə parlament binasının qarşısında keçirilən aksiyaları təhlükəsizlik qüvvələri zorakılıqla dağıtmağa cəhd edib. Bu da etirazçılarla su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edən təhlükəsizlik qüvvələri arasında toqquşmaya səbəb olub. İki gün ərzində polis təxminən 150 nəfəri saxlayıb.
Xatırladaq ki, ölkədə baş tutan genişmiqyaslı etiraz aksiyalarının səbəbi Gürcüstanın baş naziri İrakli Kobaxidzenin noyabrın 28-də verdiyi açıqlama olub. O bildirib ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar məsələsini gündəmə gətirməmək qərarına gəlib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 01 Dekabr 2024 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri