Icma.az
close
up
RU
Gürcüstanda hökumət tam tərkibdə istefaya getdi

Gürcüstanda hökumət tam tərkibdə istefaya getdi

Gürcüstanın XI çağırış parlamentinin ilk sessiyası etiraz aksiyasına baxmayaraq, öz işinə başlayıb.

Axar.az xəbər verir ki, sessiyanın ilk iclası parlamentin saytında canlı yayımlanıb.

Məlumata görə, deputatlar səs çoxluğu ilə onların parlamentari kimi hüquq və səlahiyyətlərinin tanınması barədə qətnaməyə səs veriblər.

Gürcüstan Konstitusiyasına görə, parlament öz vəzifələrini yerinə yetirməyə başladıqdan sonra hökumət istefa verir. Bundan sonra bütün nazirlər, eləcə də baş nazir yeni kabinetin təsdiqinə qədər səlahiyyətlərini icra edəcəklər.

seeBaxış sayı:96
embedMənbə:https://sherg.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri