Gürcüstanda iğtişaşlar: Kavelaşvili rəhbərlik edənləri ifşaladı
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Gürcüstandakı iğtişaşlara xaricdən xarici kəşfiyyat xidmətləri rəhbərlik edib”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili deyib.
“Təəssüf ki, paralel olaraq hökumətin devrilməsi kampaniyası gedirdi, cəmiyyət vandalizm aktlarının və çağırışların şahidi oldu. Gürcüstanda hələ də xarici kəşfiyyat orqanlarının nəzarəti altında fəaliyyət göstərən qüvvələr var”, – o bildirib.
Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Bu fonda müxalifət üzvləri Tbilisidə etiraz aksiyası təşkil ediblər və bu aksiya polislə toqquşmaya çevrilib, gözyaşardıcı qazdan istifadə edilib və yaralananlar var. Mitinqə “Gürcü Arzusu” partiyasının seçkilərdə qalib gəldiyini elan etməsi və Avropaya inteqrasiya öhdəliyini dayandırmaq qərarı səbəb olub.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 05 Oktyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















