Icma.az
close
up
RU
Gürcüstanda iri biznes dairələri etiraz aksiyasını dəstəkləyib

Gürcüstanda iri biznes dairələri etiraz aksiyasını dəstəkləyib

Icma.az bildirir, Azpost portalına istinadən.

Gürcüstanda iri biznes dairələri ölkədə vətəndaş etirazını dəstəkləyib. 

Azpost.info “The Bell” nəşrinə istinadən bildirir ki, Gürcüstanın iki ən böyük bankı – Bank of Georgia və TBC Bank, telekommunikasiya operatorları Magticom və Silknet, developer ORBI Group, eləcə də ölkənin ən böyük avtomobil dileri şirkəti Tegeta hökumətin Avropaya inteqrasiyanı dayandırmaq qərarına qarşı çıxıb və etirazçıları dəstəkləyib.

“Gürcüstanın Avropa və Avro-Atlantik gələcəyi xalqımızın mütləq əksəriyyətinin tarixi seçimidir və bu, Gürcüstan Konstitusiyasının 78-ci maddəsində təsbit olunub. Biz qəti şəkildə əminik ki, Avropaya inteqrasiyanın müvəqqəti dayandırılması gürcü xalqının iradəsinə və Gürcüstan Konstitusiyasına ziddir. TBC həmişə Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyasının qeyd-şərtsiz tərəfdarı olub və belə də qalır”, – TBC Bankın bəyanatında deyilir.

Magticom təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün hərəkətlərini pisləyib, Tegeta qeyd edib ki, mövcud böhran vəziyyəti ölkənin gələcəyi üçün zərərlidir və “inkişaf və ümumi məqsədləri” təhdid edir.

Paper Katruli xəbər verir ki, Gürcüstanın müxtəlif ölkələrdəki səfirləri hakimiyyətin hərəkətləri səbəbindən kütləvi şəkildə istefaya gedirlər. ABŞ, Hollandiya, Bolqarıstan, İtaliya və Litvada diplomatlar öz vəzifələrini tərk ediblər. İlk istefa verənlərdən biri Gürcüstanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Otar Berdzenişvili olub.

“Mən istənilən zorakılığı pisləyirəm və Gürcüstanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tərk edirəm”, – Hollandiyadakı səfir David Solomonia deyib.

Newsgeorgia-nın məlumatına görə, Gürcüstanın müdafiə departamentinin onlarla əməkdaşı Xarici İşlər Nazirliyinin əməkdaşlarının ardınca Aİ və NATO-ya üzvlük kursuna sadiq olduqlarını bildiriblər. Hazırda bəyanatı 43 nəfər – Gürcüstan Müdafiə Nazirliyinin departamentlərinin əməkdaşları imzalayıb.

Gürcüstan Konstitusiya Məhkəməsinin bəzi əməkdaşları da hakimiyyəti Avropa İttifaqına üzvlüklə bağlı danışıqların dondurulması qərarına yenidən baxmağa çağırıblar. Onlar hesab edirlər ki, hökumətin bu qərarı “Gürcüstan vətəndaşlarının konstitusiya iradəsinə məhəl qoymur və əsas qanunun maddəsinə ziddir.

Bundan əvvəl ABŞ Dövlət Departamenti hakim “Gürcü arzusu” partiyasının Avropa İttifaqına üzvlüyünü dayandırması ilə bağlı qərarı ilə əlaqədar Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://azpost.info
archiveBu xəbər 02 Dekabr 2024 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri