Gürcüstanda keçiriləcək yerli seçkilərdə 4 nəfər azərbaycanlı mer vəzifəsi uğrunda mübarizə aparacaq
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tbilisi, 11 sentyabr, AZƏRTAC
Gürcüstanda oktyabrın 4-də keçiriləcək bələdiyyə və mer seçkilərində dörd nəfər azərbaycanlı mer vəzifəsi uğrunda mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, Marneuli meri uğrunda hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının namizədi Daur İsmayılov, “Lelo-güclü Gürcüstan” partiyasından Əsəd Əliyev və “Bizim Gürcüstan” partiyasından Əli Bədirov mübarizə aparacaqlar.
Bolnisi meri uğrunda “Lelo-güclü Gürcüstan” partiyasının namizədi Asəf Çıraqov mübarizə aparacaq.
Bələdiyyə deputatı mandatı uğrunda isə mübarizə aparacaq azərbaycanlı namizədlərin sayı 100 nəfərə qədərdir.
Qeyd edək ki, oktyabrın 4-də keçiriləcək yerli seçkilərdə ümumilikdə 12 partiya Tbilisi də daxil olmaqla 64 şəhər və rayon üzrə mer və sakrebulolara (məşvərətçi orqanlar) deputatlar seçəcəklər.
Gürcüstan MSK səsvermənin təşkili üçün artıq 3051 seçki məntəqəsi açıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi


