Gürcüstanda narkocinayətkarlığa qarşı əməliyyat: 88 nəfər həbs edilib
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gürcüstanda narkotik cinayətkarlığına qarşı aparılan genişmiqyaslı polis əməliyyatları nəticəsində son 24 saat ərzində Tbilisi və bölgələrdə 88 nəfər şəxs saxlanılıb.
Bu barədə ölkənin daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə məlumat verib.
Nazir müavininin sözlərinə görə, saxlanılanlar arasında Gürcüstan vətəndaşları ilə yanaşı, əcnəbilər də var.
Bildirilib ki, polis əməliyyatları çərçivəsində şübhəlilərin üzərlərində, nəqliyyat vasitələrində və yaşayış yerlərində keçirilən axtarışlar zamanı xüsusilə külli miqdarda müxtəlif növ narkotik və psixotrop maddələr, odlu silahlar, avtomatik silahlar və narkotiklərin qanunsuz satışından əldə edildiyi ehtimal olunan pul vəsaitləri müsadirə edilib.
İstintaq materiallarına əsasən, saxlanılan şəxslər narkotik vasitələri vətəndaşlara sistemli şəkildə satmaqda ittiham olunurlar. Faktlar üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə aparılır ki, bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 22 Yanvar 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















