Icma.az
close
up
RU
Gürcüstanda nazirlər və millət vəkilləri nə qədər maaş alır? 10 faiz artırıldı

Gürcüstanda nazirlər və millət vəkilləri nə qədər maaş alır? 10 faiz artırıldı

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Gürcüstan Parlamenti 2026-cı il dövlət büdcəsini təsdiqləyib və yeni büdcəyə əsasən dövlət sektorunda çalışan 117 min dövlət qulluqçusunun əməkhaqqı 10% artırılacaq.
Yeniavaz.com
xəbər verir ki, artım həm icra hakimiyyəti, həm də parlamentdə ən yüksək siyasi vəzifələri tutan şəxslərə şamil ediləcək.
Qeyd olunur ki, dövlət qulluqçularının maaşları əsas əməkhaqqına və həmin vəzifə üçün müəyyən olunan əmsala görə hesablanır. 2025-ci ildə 1 460 lari olan əsas əmək haqqı 2026-cı ildə 1 600 lariyə (təxminən 1008 manat) yüksələcək. Əsas məbləğ artırıldıqda bütün dövlət qulluqçularının maaşları mütənasib şəkildə yenilənir.
Yeni sistem üzrə 2026-cı ildən Baş nazirin illik maaşı 192 min lari (120 960 manat) olacaq ki, bu da əvvəlki dövrlə müqayisədə 16 800 lari (10 584 manat) artım deməkdir. Nazirlərin illik əməkhaqqı 163 200 lariyə (102 816 manat) yüksələcək və 14 280 lari (9 006 manat) artacaq. Deputatların illik maaşı isə 153 600 lariyə (96 768 manat) çatacaq və bu da 13 440 lari (8 467 manat) artım deməkdir.
Bütün yüksək vəzifəli şəxslərin illik əməkhaqqılarında artımlar tətbiq olunub və maaşlar 2026-cı ildən etibarən yeni əsas əməkhaqqına uyğun olaraq hesablanacaq.
2026-cı ildə Gürcüstanda yüksək vəzifəli şəxslərin aylıq əməkhaqqıları aşağıdakı kimi olacaq:
Prezident – 16 000 lari (10 080 manat);
Baş nazir – 16 000 lari (10 080 manat);
Nazir – 13 600 lari (8 568 manat);
Nazirin birinci müavini – 12 000 lari (7 560 manat);
Nazir müavini – 11 600 lari (7 308 manat);
Parlament sədri – 16 000 lari (10 080 manat);
Parlament sədrinin birinci müavini – 14 720 lari (9 273 manat);
Parlament sədrinin müavini – 14 400 lari (9 072 manat);
Komitə sədri – 13 760 lari (8 669 manat);
Komitə sədrinin birinci müavini – 13 280 lari (8 366 manat);
Büdcə komitəsi sədrinin müavini – 13 120 lari (8 256 manat);
Parlament fraksiyası sədri – 13 600 lari (8 568 manat);
Fraksiya sədrinin müavini – 12 960 lari (8 165 manat);
Millət vəkili – 12 800 lari (8 064 manat).
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:858
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 11 Dekabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri