Gürcüstanda oynamış portuqaliyalı qolkiper “Kəpəz”in təklifini geri çevirdi
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
Rojerio Santosla vidalaşan "Kəpəz"in qapıçı axtarışı davam edir. Sport24.az-a daxil olan məlumata görə, gəncəlilər istədiklərini ölkə xaricində tapıblar. Lakin "çərçivə qoruyucusu" "sarı-göylər"in təklifini geri çevirib.
Söhbət Avropa Liqasında "Sabah"ın rəqibi olan "Selye"nin qapıçısı Rikardo Silvadan gedir. Premyer Liqa təmsilçisi 26 yaşlı portuqaliyalını "rənglərinə bağlamaq" üçün hərəkətə keçsə də, istədiyinə nail olmayıb. Rikardo karyerasını Sloveniya klubundan davam etdirmək niyyətində olduğunu bildirib.
Qolkiper karyerası ərzində vətəni və Sloveniya ilə yanaşı Gürcüstanda da çıxış edib. O, bu ilin yanvarından mövsümün sonuna qədər Batumi "Dinamo"sunun formasını geyinib.
Qeyd edək ki, bir neçə gün öncə "Kəpəz" və "Selye" arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Baxış sayı:70
Bu xəbər 24 İyun 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















