Icma.az
close
up
RU
Gürcüstanda Prezidentin hətta məktəbliləri də etiraza səsləməsi, vəziyyəti daha da ağırlaşdırır Keçmiş deputat

Gürcüstanda Prezidentin hətta məktəbliləri də etiraza səsləməsi, vəziyyəti daha da ağırlaşdırır Keçmiş deputat

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Gürcüstanda belə etiraz aksiyalarının keçiriləcəyi gözlənilən idi. Hələ seçkilərdən bir neçə ay öncə Avropa İttifaqı rəsmiləri özləri bildirirdilər ki, Gürcüstandakı parlament seçkilərinə yaxşı hazırlaşmaq lazımdır. Yəni onlar bu cür etiraz aksiyalarının təşkilini nəzərdə tuturdular. Çünki belə etiraz aksiyalarını təşkil etmək üçün kifayət qədər imkanları mövcuddur".

Bu sözləri Redaktor.az-a keçmiş deputat, siyasi ekspert Elşad Mirbəşiroğlu Gürcüstanda baş verən prosesləri şərh edərkən dedi. Onun sözlərinə görə, Gürcüstanda 25 minə qədər qeyri-hökumət təşkilatı Avropa maliyyəsi hesabına fəaliyyət göstərir:

"Qeyri-hökumət təşkilatları öz sıralarında çox sayda insanları birləşdirir və Qərb lazım gəldiyi təqdirdə o insanlardan bir təzyiq aləti kimi etirazların təşkil olunması üçün istifadə edir. Nəzərə almaq lazımdır ki, Gürcüstanda "Xarici agent haqqında" qanun qəbul olunduqdan sonra Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlərdə çox sürətlə soyuqlaşma müşahidə olundu. Hətta Avropa İttifaqı rəsmiləri də Gürcüstanın üzvlüyə namizədliyinə yenidən baxılacağını, ona qarşı sanksiyaların tətbiq olunacağını da səsləndirirdilər. Sözsüz ki, bütövlükdə bu, münasibətləri gərginləşdirirdi. Gürcüstanın Baş naziri Kobaxidze isə Avropa İttifaqı ilə danışıqların dayandırılması ilə bağlı mövqe bildirdikdən sonra etiraz aksiyaları daha da şiddətlənməyə başladı. Düşünürəm ki, burada kompromis tapmaq çətin olacaq. Nəyə görə? Çünki Avropa İttifaqının, Qərbin əsas istəyi bütövlükdə Gürcüstanda özünə tam loyal olacaq siyasi rejimi formalaşdırmaqdan ibarətdir. Ona görə də gürcü hakimiyyəti buna qarşı müqavimət göstərəcək".

Politoloqun sözlərinə görə, Gürcüstanda Prezident Salome Zurabişvilinin etirazçıların tərəfini saxladığı üçün gərgin vəziyyət hələ bir müddət davam edəcək.

"Etiraz aksiyaları çox dəqiqliklə koordinasiya olunur və çox dəqiqliklə hazırlanıb. Çünki "Molotov kokteylləri" və digər zorakılıq vasitələri tətbiq olunmaqdadır. Etirazçılar qidalarla təmin olunur, yəni kifayət qədər maliyyə vəsaiti də etirazların əsas hərəkətverici element rolunda çıxış edir. Bu da onu göstərir ki, bu etirazlar mütəşəkkil təşkil olunubdur və bu etirazlar kənardan çox ciddi dəstək almaqdadır. Burada vətəndaş qarşıdurması vəziyyəti də yarana bilər. Belə olacağı təqdirdə hakimiyyət böhranı Gürcüstanda daha da dərinləşə, kəskin xarakterli ola bilər. Bu da sözsüz ki, ölkəyə ciddi zərbələr vuracaq. Çünki burada artıq prezidentin hətta məktəbliləri də etiraza səsləməsi, vəziyyəti daha da ağırlaşdırır. Yəni ki, belə olacağı təqdirdə "Gürcü Arzusu" hökuməti etirazların qarşısını almaq üçün əlavə tədbirlər görmək məcburiyyətində qala bilər. Avropa İttifaqının əsas hədəfi ondan ibarətdir ki, Gürcüstanda növbəti rəngli inqilab baş tutsun, hakimiyyət çevrilişi olsun, prezident də məhz bunun üçün çalışmaqdadır. Amma hakimiyyət çevrilişi bir ölkəyə, heç bir halda müsbət hansısa nəticələr vəd etmir. Bu baxımdan düşünürəm ki, bu, Gürcüstan üçün növbəti bir zərbə ola bilər. Amma "Gürcü Arzusu" hökuməti də oturuşmuş bir hakimiyyətdir və bütün hallarda prosesləri nəzarət altında saxlamaq imkanına sahib olacaq", - deyə Elşad Mirbəşiroğlu bildirdi.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Dekabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri