Gürcüstanda qəzaya uğrayan Türkiyə təyyarəsinin qara qutusunun araşdırılması davam edir
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Gürcüstanda qəzaya uğramış C-130 tipli təyyarənin qara qutusunun araşdırılmasının davam etdiyini bildirib.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, nazir qeyd edib ki, qara qutu Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) mütəxəssisləri tərəfindən ətraflı şəkildə tədqiq olunur. Araşdırmaların nəticələri tamamlandıqdan sonra ictimaiyyətə məlumat veriləcək.
“Biz C-130 təyyarələrindən 1964-cü ildən etibarən istifadə etməyə başlamışıq. Həmin vaxtdan bu günə qədər belə bir qəza baş verməmişdi. C-130 təyyarələri bu gün də dünyada ən etibarlı təyyarələrdən biri hesab olunur və hazırda 70 ölkə tərəfindən istifadə edilir. Bu qəzadan sonra bütün C-130 təyyarələrimizi tam nəzarətə götürdük. Yoxlamalar tamamlandıqdan sonra təyyarələrimizi yenidən istifadəyə verəcəyik. Qəzaya uğramış təyyarəmizin qara qutusu hazırda TUSAŞ-da araşdırılmağa davam edir. Qəza-araşdırma heyətimiz də işlərini davam etdirir. Təyyarəmizin qəzaya uğrama səbəbi ilə bağlı nəticə nə olursa-olsun, bunu şəffaf şəkildə ictimaiyyətə açıqlayacağıq”, - nazir qeyd edib.
Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 20 Dekabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















