Icma.az
close
up
RU
Gürcüstanda Saakaşvili dövründə verilən dövlət mükafatlarına yenidən baxıla bilər

Gürcüstanda Saakaşvili dövründə verilən dövlət mükafatlarına yenidən baxıla bilər

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Gürcüstanın sabiq prezident Mixail Saakaşvilinin dövründə cinayətləri araşdıran parlament komissiyası hesab edir ki, onun hakimiyyəti dövründə məmurlara verilən dövlət mükafatları hüququna yenidən baxmaq lazımdır.

Bizimyol.info xəbər verir ki, bunu parlamentin vitse-spikeri, komissiyanın rəhbəri Tea Tsulukiani deyib.

“İstintaq komissiyası hesab edir ki, Gürcüstan prezidentindən müvafiq qurumların iştirakı ilə 2004-2013-cü illərdə verilmiş mükafatlara yenidən baxılmasını təmin etmək xahiş edilməlidir. Xüsusilə insanlara qarşı cinayət törətmiş şəxslərə münasibətdə”, - deyə Tsulukiani komissiyanın altı aylıq işinin yekunu ilə parlamentdə çıxış edərkən deyib.

Tsulukianinin xəbər verdiyi kimi, Saakaşvili insanlara işgəncə və qeyri-insani rəftarda şəxsən iştirak edən, eləcə də “zorakı sistemin başında” duran birdən çox məmuru prezident mükafatları ilə təltif edib. Komissiya rəhbərinin sözlərinə görə, məhkəmə sistemi işgəncə faktlarına reaksiya verməyib, prokurorluq özü də insan hüquqlarının pozulması ilə məşğul olub.

Saakaşvilinin 2003-cü ildən 2012-ci ilə qədər hakimiyyəti dövründə cinayətləri araşdıran müvəqqəti komissiya fevral-avqust aylarında Gürcüstan parlamentində işləyib.

İclaslarda komissiya üzvləri həmin illərin hadisələrinin şahidlərini - siyasətçiləri, hərbçiləri və sadə vətəndaşları dinləyiblər. Komissiyanın araşdırdığı əsas mövzular arasında 2008-ci ilin avqustunda baş vermiş münaqişə, iş adamlarına təzyiq halları, məhbuslarla amansız rəftar olub.

Komissiyanın işi irəlilədikcə onun mandatı genişləndirilib, həmçinin 2012-ci ildən sonrakı hadisələrlə, xüsusən də sonradan müxalifətə keçən keçmiş baş nazir Giorgi Qaxariyanın qərarları ilə bağlı səs-küylü işlərə baxılıb.

Komissiyanın rəyi, əvvəlcədən planlaşdırıldığı kimi, prokurorluğa göndəriləcək. Bu əsasda hakimiyyət Konstitusiya Məhkəməsində iddia qaldırmağı və Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat partiyası və ona bağlı birliklərin ölkədə fəaliyyətini qadağan etməyi planlaşdırır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 02 Sentyabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri