Icma.az
close
up
RU
Gürcüstanda seçkilərdən sonra sabitlik pozula bilər Ekspert

Gürcüstanda seçkilərdən sonra sabitlik pozula bilər Ekspert

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Gürcüstanda bələdiyyə seçkilərindən sonra ölkədəki vəziyyətin gərginləşməsi ehtimalı böyükdür".

Bunu Qaynarinfo-ya açıqlamasında ReAL Partiyasının sədri Natiq Cəfərli Gürcüstanda oktyabrın 4-də keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində mövcud vəziyyəti şərh edərkən deyib: 

"Müxalifət qüvvələri seçki ərəfəsi və  ondan sonrakı dövrdə də etiraz aksiyaları vasitəsilə hökuməti laxlatmağa çalışacaq. Amma aparılan sorğular göstərir ki, hakim "Gürcü Arzusu" hökuməti kifayət qədər güclüdür. Əsasən də regionlarda. Bu ərazilərdə ənənəvi elektorata söykənərək, "Gürcü Arzusu"nun qalib gəlmə şansı yüksəkdir. Böyük şəhərlərdə isə regionlarla müqayisədə müxalifətin seçicisi daha çoxdur. Tiflis, Batumi, Kutaisi kimi böyük şəhərlərdə yəqin ki, daha rəqabətli mübarizə gedəcək", deyə Natiq Cəfərli bildirib.


Həmsöhbətimiz düşünür ki, bütün hallarda seçkilərdən sonra müəyyən etiraz aksiyaları vasitəsilə həm seçkinin nəticələrinə kölgə salmaq, həm də ölkədəki vəziyyəti laxlatmağa çalışmaq istəyən qüvvələr olacaq: 

"Hakimiyyət son zamanlar iqtisadi məsələlərdə kifayət qədər uğur qazanıb. Gürcüstan həm adambaşına düşən ÜDM, həm də onun artım tempinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Hər il 8 faiz civarında ümumdaxili məhsul artır. Orta statistik seçici də əsasən məhz bu amilləri dəyərləndirir".

Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkiləridir. Bu ölkədə keçirilən sonuncu parlament seçkisi müəyyənqarşıdurmalarla müşayiət olundu. "Xarici agentlər haqqında" qanunun qəbulu fonunda ötən seçkilər hakim "Gürcü Arzusu" ilə müxalifət arasında kəskin şəraitdə keçdi. Müxalifət indi bələdiyyələrdə qalib gəlməklə iqtidardan əvvəlki məğlubiyyətlərin əvəzini çıxmağa çalışır. 

Rüfət Sultan


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri