Icma.az
close
up
RU

Gürcüstanda siyasi böhran: Yeni prezident səlahiyyətlərinin icrasına başlayıb

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Gürcüstanda dekabrın 14-də 300 nəfərlik komissiya tərəfindən ölkənin 6-cı prezidenti seçilən Mixail Kavelaşvili and içib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Keçmiş prezident Salome Zurabişvili bu gün hakimiyyəti Gürcüstanın yeni prezidenti Kavelaşviliyə təhvil verməlidir.

Daha əvvəl parlament seçkilərini tanımadığını açıqlayan Zurabişvili transferi həyata keçirməyəcəyini bəyan edib.

Gürcüstanda noyabrın 28-də başlayan Avropa İttifaqı tərəfdarı nümayişlər 32 gündür ki, davam edir.

Mərasimdə çıxış edən Kavelaşvili milli və dini maraqları qoruyaraq, ölkənin inkişafı, çiçəklənməsi və Avropa İttifaqı (Aİ) ilə inteqrasiyası istiqamətində səmərəli addımlar ataraq irəliləməyə davam etdiklərini bildirib.

Daha əvvəl parlament seçkilərini tanımadığını açıqlayan Zurabişvili transferi həyata keçirməyəcəyini bəyan edib.

Prezident sarayında mətbuat konfransı keçirən Zurabişvili bəyan edib ki, o, yeni seçilmiş prezident Kavelaşvilini legitim kimi tanımır.

Prezident sarayını boşaldacağını, ancaq vəzifəsini “kənardan” davam etdirəcəyini bildirən Zurabişvili, parlament seçkiləri yenilənmədikcə “qanuni prezident” olduğunu müdafiə edib.

Zurabişvili çıxışından sonra saraydan çıxaraq onu gözləyən tərəfdarları ilə görüşüb.

Zurabişvili və hökumət əleyhdarı nümayişçilər yeni parlament seçkisi tələbi ilə növbəti dəfə parlamentin qarşısına yürüş ediblər.

Hakim “Gürcü Arzusu” Partiyası tərəfindən namizədliyi irəli sürülən Kavelaşvili 300 nəfərlik Seçki Şurasının 224 “hə” səsini toplayaraq prezident seçilib.

Aİ, ABŞ, Gürcüstanın 5-ci prezidenti Zurabişvili və müxalifət partiyaları hakim Gürcü Arzusu Partiyasının seçildiyi parlament seçkilərini qəbul etmir və hökumətin Aİ-yə üzvlük danışıqlarının başlamasını dayandırmasına reaksiya verir.

Gürcüstanın baş naziri İrakli Kobaxidze hökuməti Qərbin, Zurabişvilinin və müxalifətin dəstəklədiyi bəzi qüvvələri “küçə aksiyaları” ilə hökuməti devirməyə cəhd etməkdə ittiham edir.

ABŞ və bəzi Avropa ölkələri Gürcüstan hökumət rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

Gürcüstanda noyabrın 28-də başlayan Avropa İttifaqı tərəfdarı nümayişlər 32 gündür ki, davam edir.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Dekabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri