Gürcüstanda terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 3 nəfər saxlanılıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tbilisi, 19 may, AZƏRTAC
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzinin və Xüsusi Əməliyyatlar Departamentinin əməkdaşları Pankisi dərəsi ətrafındakı kəndlərdə xüsusi əməliyyat keçiriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan DTX-nin rəhbərinin birinci müavini Laşa Mağradze bu gün keçirdiyi brifinqdə məlumat verib.
Bildirilib ki, Birkiani və Cokolo kəndlərində aparılan əməliyyat nəticəsində xarici ölkədə terror təşkilatına qoşulmaq və terror aktları törətmək maddəsi ilə şübhəli bilinən 3 Gürcüstan vətəndaşı saxlanılıb.
İstintaq zamanı müəyyən edilib ki, onlar xarici ölkədən müəyyən təlimatlar alıb, terror təşkilatı üçün tərəfdarlar toplamağa çalışıblar. Həmçinin müxtəlif yerlərdə gizli görüşlər təşkil edərək, terror ideologiyasının təbliği ilə məşğul olublar.
İstintaq tədbirləri nəticəsində silah-sursat, mobil telefonlar, kompüterlər, sənədlər və s. götürülüb.
İstintaq davam edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 19 May 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















