Gürcüstanda torpaq sürüşməsi baş verib, Rusiyaya gedən yol tam bağlanıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Tbilisi, 10 sentyabr, AZƏRTAC
Gürcüstanda yağan güclü leysan yağışları ciddi problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, yağıntı nəticəsində Gürcüstandan Rusiyaya gedən yeganə beynəlxalq əhəmiyyətli avtomobil yolu bağlanıb.
Gürcüstan Avtomobil Yolları Departamentindən bildirilib ki, Mtsxeta – Stepantsminda - Lars avtomobil yolunun 109-cu kilometrliyinə böyük torpaq kütləsi düşüb. Nəticədə bu hissədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Ərazidə bərpa işləri görülür.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:Gürcüstanda torpaq sürüşməsi baş verib, ölənlər var
24 Noyabr 2025 08:59
Gürcüstanda torpaq sürüşməsi olub
12 Mart 2026 10:51
Gürcüstanda yaşayış binasının həyətində torpaq sürüşməsi baş verib
10 İyul 2025 14:09
Gürcüstandan Rusiyaya gedən yol bağlanıb
26 Noyabr 2024 21:17
Baxış sayı:236
Bu xəbər 10 Sentyabr 2025 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















