Icma.az
close
up
RU
Gürcüstanda uşaqların aksiyalara cəlb olunması cəhdi Qərbin çirkin marağına güzgü tutur

Gürcüstanda uşaqların aksiyalara cəlb olunması cəhdi Qərbin çirkin marağına güzgü tutur

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın bəzi müxalifət partiyalarının ABŞ Prezidenti Buşun şəklini başları üzərin qaldıraraq mitinqlərə çıxdığı günlər ictimai tarixin acı həqiqətlərindəndir. Elçibəyi, Rəsulzadəni Buşun populist çıxışına dəyişənlərin xalqa sədaqətli olacaqlarına xalq təbii ki, inana bilməzdi, inanmadı da. İllər keçdi, nə Buş, nə ATƏT, nə AŞPA, nə AB Azərbaycan xalqına gün ağladı. Öz acılarımıza özümüz dərman olduq. Təsəvvür edək, hələ də ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsini həll edəcəyinə ümid bağlasaydıq 5 ilimiz də qurban gedəcəkdi. 

Hörmətsizliyi ilə daha çox populyarlıq qazanan hörmətli Qərb, barmağınızı qatlayın ki, hansısa ölkəyə, hansısa xalqa xoşbəxtlik gətirmisiz? Harda iziniz var, orda qanqal bitib.  Əfqanıstan, Fələstin, Liviya, İraq, Misir, Suriya, Ukrayna, Gürcüstan, Ermənistan sizin əl işinizin rəzalət rəsmidir. Bu ölkələrin xalqlarını saxta azadlıq parıltısı ilə yoldan çıxarıb dövlətlərini xarabazara çevirmisiz. Qafqazı işğal etmək planınız dəfələrlə iflasa uğramaqla yanaşı atdığınız hər addım Qafqaz ölkələrindən birini kökündən ayıraraq fəlakətə sürükləyib. 

Növbəti dəfə Gürcüstanı hədəfə almısız. Saakaşvilini hakimiyyətə gətirməklə onun ölkəsinin ərazilərini parçalamış oldunuz, nəticədə keçmiş prezidentin həbsxanada çürüməsinə hətta ləzzətlə tamaşa edirsiniz. Paşinyanı qızışdırıb Azərbaycana qarşı qaldırdınız, bu da erməni baş nazirin aqibəti. Dünyanı qloballaşdırmaq istəyirdiniz, siyasətiniz iflasa uğradı. Hər bir xalqın öz tarixi, genetik, ənənəvi kimliyi var. Məsələn, gürcünü necə alman edə bilərsən, yaxud azərbaycanlı frnasız ola bilməz axı. Olmadı da. Qloballaşma niyyəti gerçəkləşmədən iflasa uğradı. Xalqlar çox yaxşı dərk edirlər ki, bu acımasız dünyada sakit yaşamaq öz kökünə bağlı olmaqla mümkündür. Əlbəttə uşaqlar və yeniyetmələr bu gerçəyi tam anlamaya bilərlər, elə bu səbəbdəndir, ölkədaxili ixtişaşlarda gənc nəsil alətə çevrilir. Gürcüstanda Qərbin fətvası ilə meydanlara çıxanların başında dayananlar uşaqları aksiyalara çağırmaqla mənəvi cəhətdən aşındıqlarını təsdiqləmiş oldular. 

Qərb maraqlarını təmin etsin deyə, bir ölkənin bütün infrastrukturunu dağıtmağa, xalqını parçalamağa acımasızcasına rəvac verir. Avropa Birliyinə dövlət yox, ölkə inteqrasiya ola bilər. Gələk, gedək, gəzək, görək, yaşayaq, mədəniyyətlərimizi inteqrasiya edək, daha dövləti Avropa alətinə çevirməyək. Hər bir dövlət min bir zülmlərdən keçərək qurulub və özünəməxsus dəyərlər üzərində də bərqərardır. Niyə hansısa qütb o dövləti vassalına çevirməlidir? 

Dünyada Qərb siyasətinin nəticəsində xarabazara çevrilən dövlətlər artmaqdadır. Bu acı nümunə ölkələrə dərs olsun. 


Ceyhun Musaoğlu


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://missiya.az
archiveBu xəbər 06 Dekabr 2024 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see199

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see179

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see164

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see153

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see148

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see138

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see136

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see132

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see131

Quraqlıq Qazaxıstanda tarixi sirlərin üzə çıxmasına kömək edib

07 Sentyabr 2025 18:17see131

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see131

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Patris Evra Ser Aleks Ferqyuson haqqında: Ona lazım olan yeganə şey 200 milyon idi VİDEO

07 Sentyabr 2025 18:31see128

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see127

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see123

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see123

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri