Icma.az
close
up
RU
Gürcüstanda vətəndaş müharibəsi planı...

Gürcüstanda vətəndaş müharibəsi planı...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəbəkələşmiş QHT Aİ-nin “etiraz toppuzu” rolunda

Bir neçə gündür ki, Gürcüstanda siyasi gərginliklər pik həddə çatır. Buna səbəb kimi isə hakim “Gürcü arzusu” partiyasının Aİ-yə üzvlüklə bağlı danışıqları təxirə salmaq qərarıdır. Belə ki, baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də hakimiyyətin 2028-ci ilin sonuna qədər Aİ-yə üzvlük danışıqlarını gündəmdən çıxardığını və Tbilisinin Avropanın maliyyə yardımından imtina etdiyini bildirməsi bəzi kütləvi etirazlara səbəb olub.

Dekabrın 1-dən 2-nə keçən gecə keçirilən mitinqdən sonra təxminən 40 nəfər xəstəxanaya yerləşdirilib Onlardan 24-ü etirazçı, 12-si isə polis əməkdaşıdır. Gürcüstan səhiyyə naziri Mixail Sarjveladze bildirib ki, polis əməkdaşları etirazçılardan daha ağır xəsarət alıblar.

Milli maraqlara qarşı “müxalifət” - Qərb qondarma QHT-ləri işə qarışdırır

Xatırladaq ki, Qərbin Gürcüstanda yaratmağa çalışdığı çaxnaşmanın əsası bu ilin mayından qoyulub - “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbulu ilə Gürcüstanda “QHT” adı altında yaratdığı şəbəkənin  ifşa olunacağından çəkinən Avropa buna qarşı çıxışlar etməyə başladı. İlk olaraq Tbilisidə etiraz aksiyaları keçirildi və həmin aksiyalara müxtəlif Avropa paytaxtlarından hətta “rəsmi” sayılacaq şəxslər belə qatıldı. Bunun da xeyri olmayanda Qərb Tbilisiyə qarşı aktiv sanksiya tədbirləri görməyə başladı. Amma Gürcüstan hakimiyyəti bunun qarşılığında nəinki geri çəkildi, hətta dövlətin maraqlarının qorunması üçün növbəti addımı atdı - LGBT təbliğatını qadağan edən qanun qəbul edildi. Bu isə vəziyyəti daha da dramatikləşdirdi - nəhayət, oktyabrın 26-da baş tutan seçkilərdə Qərbin “uduzması” aqressiyanın güclənməsi üçün “təkana” çevrildi.

Baş verən etirazların mahiyyətinə nəzər saldıqda bir fakt bəlli olur - illərlə Qərbin Gürcüstanda formalaşdırdığı şəbəkə bu gün milli maraqlara qarşı çıxış edən kütləyə “çevrilib”. Qərb QHT maliyyələşdirmə mexanizmi vasitəsilə vaxtilə dövlət içərisində qurduğu dayaqlarını “hərəkətə” gətirib. Məhz onların əli ilə öz gündəliyini qəbul etdirmək planı güdür. Aİ-nin apardığı xəttə diqqət yetirdikdə bəlli olur ki,

- Aİ vəziyyətin hətta vətəndaş müharibəsi şəkli almasında belə maraqlıdır;

- Buyruqçu QHT-çilərdən ibarət “dəstələr” üçün Gürcüstanın milli maraqları heç bir məna kəsb etmir;

- Mərkəzi hakimiyyətə qarşı LGBT və ifrat liberal sağçı düşərgələri yaradılır.

Prosesi daha da emosionallaşdırmaq istəyənlərin “tələblərinə” nəzər saldıqda, orada dövlətin maraqlarının müdafiəsi ilə bağlı hər hansı bir müddəaya rast gəlmək mümkün belə deyil - hətta QHT-lər vasitəsilə “etirazçı kütləni” o qədər manqurtlaşdırırlar ki, bu gün siyasi müzakirələrdə Gürcüstanın ərazi bütövlüyü, itirilmiş torpaqların geri qaytarılması müzakirə mövzusu belə deyil. Adını “narazılar” qoymuş kütlənin nədən narazı olması bütün parametrləri ilə ortadadır - onlar, Qərbin Gürcüstanda öz arzularını reallaşdırmasının qarşısının alınmasından narazıdırlar...

2014-cü il Ukrayna ssenarisi təkrarlanır...

Göründüyü kimi, Qərb Gürcüstanda da ənənəvi planını həyata keçirir - 2014-cü ildə Ukrayna üçün “yazılmış” ssenari bu gün Tbilisidə təkrarlanır. Küçə döyüşləri, polisə qarşı zorakılıq, “beynəlxalq dəstək” kimi analoji komponentlər Qərbin hər zaman istifadə etdiyi ştrixlərdir. Təsadüfi deyil ki, Qərb vətəndaş müharibəsini körükləmək üçün hətta xarici vasitələrdən də aktiv istifadə edir - yayılan xəbərlərə görə, Gürcüstana Balkan ölkələrindən, Şərqi Avropa və əsasən də Baltik ölkələrindən çoxlu sayda təxribatçılar gətirilib. Onların arasında silahlı təxribatçıların da olması istisna deyil. Hətta bəzi siyasi ekspertlər etirazçıların təxribatçı dəstələr tərəfindən yaralanması və bunun Gürcüstan hökumətinin üzərinə atılması ehtimalını da istisna etmirlər.

May ayında tribunalarda olanlar bu gün küçə döyüşü aparır...

May ayında tribunalarda “boy göstərən” avropalı diplomatlar bu qarşıdurmaların “hakimi” kmi davranır. Xüsusilə, Aİ-nin Gürcüstandakı səfiri özünü canişin kimi aparır - Qərb səfirlərinin, Aİ ölkələrinin Gürcüstan xalqının iradəsi ilə seçilmiş hakimiyyətinə qarşı tutduğu mövqe isə birmənalı hi?rid müharibə kimi dəyərləndirilir. Başqa ölkələri hibrid müharibələrdə günahlandıran Qərb Gürcüstanın daxili işlərinə qarışır.

Cənubi Qafqazı qarışdırmaq planı bir mərkəzdən idarə olunur - Ermənistanı himayə edən güclər Gürcüstanda da siyasi gərginliklərin baş rolunu icra edir. Vaxtilə Fransa vətəndaşı olmuş prezident Zurab?şvili isə bu planların icraçısı kimi “görünür” - halbuki, hətta etiraz belə varsa, bu, Tbilisinin daxili işidir. Demokratik əsaslarla keçirilmiş seçkilərin nəticələrinə hörmətlə yanaşmayanlar Ukraynanı müharibəyə sürüklədiyi kimi Gürcüstanı da eyni qaranlıq dalana yuvarlamağa çalışır.

Hakimiyyət Konstitusiya Məhkəməsinə, Zurabişvili isə AŞ-ya üz tutub...

Son yayılan xəbərlər isə onu deməyə əsas verir ki, Aİ-nin oynadığı oyun artıq tam ifşa edilib. Bunun qarşısının alınması üçün xalq mütəşəkkilik göstərməlidir - etirazçıların ölkə konstitusiyaya qarşı apardıqları təbliğat aradan qaldırılmalıdır. Təsadüfi deyil ki, baş nazir Kobaxidze Konstitusiya Məhkəməsinə müraciət edə biləcəyini istisna etməyib. “Müxalifətçilər bu günlərdə açıq şəkildə Gürcüstanın konstitusiya quruluşuna qarşı çıxırlar. Bu da Konstitusiya Məhkəməsinə müraciət etmək və müxalifət partiyalarını konstitusiyaya zidd elan etmək üçün birbaşa zəmin yaradır”.

Gürcüstan prezidenti Salome Zurabişvili isə ölkəsinin maraqlarını qorumaq əvəzinə yenə də üzünü Avropa Şurasına tutub - o, Şuranın rəhbəri Antonio Kosta və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yeni ali nümayəndəsi Kaya Kallas ilə telefonla müzakirə aparıb.

SADİQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Dekabr 2024 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see351

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see289

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see278

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see257

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see250

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see247

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see241

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see219

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see218

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see214

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see212

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see210

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see209

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see202

Şəkidə beynəlxalq şərab turizmi konfransı keçirildi 800 dən çox qonaq festivalda iştirak etdi

31 Avqust 2026 14:07see201

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see197

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see196

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see193

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see188

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri