Icma.az
close
up
RU
Gürcüstanda yaşayan soydaşlarımız üçün Tbilisidə iftar süfrəsi təşkil edilib

Gürcüstanda yaşayan soydaşlarımız üçün Tbilisidə iftar süfrəsi təşkil edilib

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Martın 17-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Gürcüstandakı səfirliyi və Komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Tbilisidə iftar mərasimi təşkil edilib.

Mərasimdə Azərbaycan və Gürcüstanın müvafiq qurumlarının nümayəndələri, yerli icra orqanlarının rəhbərləri, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təmsilçiləri, din xadimləri və icma üzvləri iştirak ediblər.

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Ramazan ayı münasibətilə iştirakçıları təbrik edərək, Azərbaycanın İslam dəyərlərinə və həmrəyliyinə böyük önəm və töhfə verən əsas ölkələrdən biri olduğunu, dini tolerantlığın ölkəmizdə həyat tərzinə çevrildiyini bildirib. Eyni zamanda iftar mərasiminin həmrəyliyi nümayiş etdirmək, dostluq və əməkdaşlığı təşviq etmək baxımından önəmini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov xalqlarımız arasında tarixən mövcud olan dostluq, qardaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, Azərbaycan və Gürcüstan liderlərinin müdrik siyasəti dövlətlərin təhlükəsizliyinin etibarlı şəkildə qorunmasına, uğurlu sosial-iqtisadi inkişaf modellərinin qurulmasına imkan yaradıb. Soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyası, onların dini etiqad azadlıqlarını təmin etmək üçün yaradılan şəraitin təqdirəlayiq olduğunu bildirib. Bu tədbirlərin ortaq dəyərlərə əsaslanan dostluq, birlik və həmrəylik bağlarını daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyin sədri Zaza Vaşakmadze Azərbaycan və Gürcüstanın rəngarəng mədəni xüsusiyyətlərə məxsus müxtəlif millətlər və dinlərin nümayəndələrinin bir yerdə, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşadığı ölkələr olduğunu qeyd edib. Rustavi və Tbilisidə təşkil edilən iftar mərasimlərinin uğurlu dialoq, ortaq fikirlər və qarşılıqlı hörmətin bariz nümunəsi olduğunu söyləyib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası İşçi Qrupunun rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev iki ölkə arasında əməkdaşlığın iqtisadi, sosial və siyasi baxımdan nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov Aİİ-nin fəaliyyət istiqamətləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. İnstitutun Gürcüstanın dini təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq münasibətləri barədə danışıb.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Qərbi Gürcüstan üzrə müftisi Adəm Şantadze çıxışında həmrəylik, dostluq, qardaşlıq, habelə xeyirxahlıq baxımından iftar təşəbbüsünün əhəmiyyətini vurğulayıb, ölkələrimiz arasında dini sahədə əməkdaşlığın təkmilləşməsinin önəmi barədə fikirlərlərini bildirib.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin əməkdaşı Vidadi Qurbanov Ramazan duası səsləndirdikdən və Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Cəlal Cəfərli tərəfindən Quran tilavəti təqdim olunduqdan sonra mərasim iştirakçıları üçün iftar süfrəsi açılıb

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Mart 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri