Icma.az
close
up
RU
Gürcüstanda yeni prezident: keçmiş futbolçu, 4 uşaq atası DOSYE

Gürcüstanda yeni prezident: keçmiş futbolçu, 4 uşaq atası DOSYE

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Bu gün Gürcüstan parlamentində keçirlən səsvermə nəticəsində 53 yaşlı Mixail Kavelaşvili ölkənin yeni prezidenti seçilib.

Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Hakim “Gürcü Arzusu” partiyasının namizədi olan Kavelaşvili Seçicilər Kollegiyasının 300 üzvündən 224-nün səsini qazanıb.
Qeyd edək ki, Mixeil Kavelaşvili deputat, Gürcüstanın futbol üzrə yığma komandasının keçmiş hücumçusu olub.

Xatırladaq ki, Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvilinin səlahiyyət müddəti dekabrın 16-da başa çatır. Buna baxmayaraq, o, dövlət başçısı kimi səlahiyyət müddəti bitdikdən sonra prezident sarayını tərk etməyəcəyini bildirib. Zurabişvili 26 oktyabr tarixli parlament seçkilərinin saxtalaşdırldığını iddia edir və müxalifətin hazırda paytaxt Tbilisidə keçirdiyi etiraz aksiyasını dəstəkləyir. Etirazçılar yeni parlament seçkiləri tələb edirlər.


Gürcüstan Mərkəzi Seçki Komissiyası isə bəyan edib ki, Mixail Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək.


Mixail Kavelaşvilinin prezidentliyə namizədliyi “Gürcü Arzusu” Partiyasının fəxri sədri, milyarder Bidzina İvanişvili tərəfindən irəli sürülmüşdü.
 

Modern.az saytı yeni prezidentin dosyesini təqdim edir:
Mixail Kavelaşvili 22 iyul 1971-ci ildə Tbilisidə doğulub. O, futbolçu karyerasına Tbilisinin "Lokomotiv" klubunda başlayıb, sonra "Dinamo"ya keçib və onunla altıqat Gürcüstan çempionu olub (1990-1995).
Daha sonra 1995-ci ildə Vladiqafqazın "Spartak-Alaniya" klubuna keçib və onunla birlikdə Rusiya çempionluğunu da qazanıb.

Mixail Kavelaşvili 1996-cı ildə İngiltərənin "Mançester Siti" klubuna keçib. Sonra onu İsveçrə "Grasshopper"inə icarəyə veriblər. Kavelaşvili sonrakı 10 il ərzində İsveçrənin müxtəlif klublarında çıxış edib.
2004-cü ilin ikinci yarısında altı ay müddətinə"Alaniya" klubuna icarəyə verilib. Bir neçə ildən sonra karyerasına son qoyub.
O, 1991-2002-ci illərdə Gürcüstan millisinin heyətində 46 oyun keçirib və bu oyunlarda 9 qol vurub.
“Dürüstlük, ədalət, vətənpərvərlik Mixail Kavelaşvilini fərqləndirən keyfiyyətlərdir. O, təbiətinə görə gürcü kişisinin ən yaxşı təcəssümüdür. O, gözəl ər və dörd uşaq atasıdır. Bütün qeyd olunanları nəzərə alaraq, komanda Gürcüstan prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyinin irəli sürülməsi ilə bağlı yekdil qərar qəbul edib. Əminəm ki, Mixail Kavelaşvili Prezident İnstitutundan müvəqqəti olaraq götürülən ləyaqəti tam bərpa edəcək. Dekabrın 29-da yeni prezidentin andiçmə mərasimi keçiriləcək”, - milyarder İvanişvili bildirib.
Mixail Kavelaşvili “Gürcü arzusu”ndan formal olaraq ayrılmış hakim partiyanın nümayəndələrindən ibarət “Xalqın Gücü” siyasi birliyinin liderlərindən biridir. O, 26 oktyabrda keçirlmiş parlament seçkilərində “Gürcü arzusu” partiyasının siyahısında 18-ci yerdə olub.
Gürcüstanda ilk dəfə Konstitusiyaya əsasən, prezidenti xalq deyil, 300 nəfərdən ibarət Seçicilər Kollegiyası 5 il müddətinə seçib.
A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Dekabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri