Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Gürcüstanda “Yeni tanışlıqlar və xoş xatirələr” adlı yay düşərgəsi başlanıb

Gürcüstanda “Yeni tanışlıqlar və xoş xatirələr” adlı yay düşərgəsi başlanıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tbilisi, 17 avqust, AZƏRTAC

Gürcüstanın Qurcaani rayonunun Qaçreti qəsəbəsində “Parlaq gələcək” kitab evinin təşkilatçılığı ilə “Gürcüstanlı gənclərin yeni tanışlıqları və xoş xatirələr” adlı yay düşərgəsi başlanıb.

AZƏRTAC xəbər verir ki, yay düşərgəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və layihələri çərçivəsində reallaşıb.

Tədbir iştirakçıları əvvəlcə Tbilisidəki Heydər Əliyev Parkında Azərbaycan xalqının Ümummilli Liderinin büstü önünə əklil və güllər dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Avqustun 17-dən 20-dək davam edəcək düşərgənin əsas məqsədi Gürcüstanda yaşayan azərbaycanlı və gürcü gənclərin bir araya gəlməsinə, onların milli-mədəni dəyərlərimizi daha yaxından tanımasına, dünyagörüşünün genişlənməsinə, yeni dostluq münasibətlərinin qurulmasına və asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaqdır.

Açılış mərasimində təşkilatçı Rafail Süleymanov gənclərin düşərgə müddətində yeni bilik və bacarıqlar əldə edəcəklərinə, buradan xoş xatirə və zəngin təəssüratla ayrılacaqlarına əminliyini ifadə edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Sabit Məmmədov bu cür layihələrin gənclərin milli kimliyinin, həmrəylik və birlik duyğularının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

S.Məmmədov Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza, xüsusilə də gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin diaspor siyasətinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində müxtəlif ölkələrdəki soydaşlarımızın Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsi, mədəni irsinin qorunması, gənc nəslin azərbaycançılıq ideyaları ətrafında birləşməsi istiqamətində mühüm layihələr həyata keçirilir. O, Gürcüstanda yaşayan azərbaycanlıların da Azərbaycan diaspor siyasətində mühüm yer tutduğunu, burada yaşayan soydaşlarımızın öz ana dilini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini qoruyub-yaşatmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Komitənin məsul əməkdaşı Elvin Əsgərov yay düşərgələrinin gənclərin inkişafında, onların bir-birini daha yaxından tanımasında, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsində mühüm rol oynadığını bildirib.

Yor-Muğanlı İctimai Məktəbinin müəllimi Ekaterine Kaftuaşvili qeyd edib ki, belə düşərgələr və gənclər arasında keçirilən birgə tədbirlər Azərbaycan və gürcü xalqları arasında dostluq münasibətlərinin, xüsusilə də gənc nəsil arasında qarşılıqlı anlaşma və hörmətin daha da dərinləşməsinə töhfə verəcək.

Daha sonra İsmixan Məmmədovun rəhbərliyi ilə iştirakçılara komanda halında işləmək, əməkdaşlıq etmək və birgə qərar qəbul etmək bacarıqlarının inkişafına yönəlmiş təlim keçirilib.

Bununla yanaşı, iştirakçıların Azərbaycan tarixi, milli-mədəni irsi və ümumi dünyagörüşü üzrə biliklərini yoxlamaq və zənginləşdirmək məqsədilə intellektual oyunlar təşkil olunub.

Düşərgə müxtəlif maarifləndirici görüşlər, komanda oyunları, intellektual yarışlar, mədəni proqramlar və gənclərin asudə vaxtının səmərəli təşkilinə yönəlmiş fəaliyyətlərlə davam edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Avqust 2026 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri