Gürcüstanda yerli seçkilərdə iştirak edəcək siyasi partiyaların qeydiyyatı başa çatıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tbilisi, 16 avqust, AZƏRTAC
Gürcüstanda oktyabrın 4-də yerli seçkilərdə iştirak edəcək siyasi partiyaların qeydiyyatı başa çatıb. 14 siyasi partiyayay seçkilərdə iştirak etmək hüququ verilib. Bu partiyalar paytaxt Tbilisi də daxil olmaqla 64 şəhər və rayon meri vəzifəsi və sakrebulonun mandatı uğrunda mübarizə aparacaqlar.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Bildirilir ki, seçkilərdə iştirak etmək üçün MSK-ya ümumilikdə 17 partiya müraciət edib. Qanunla müəyyən edilmiş tələblərə cavab vermədiyi üçün onlardan üçü qeydiyyatdan keçirilməyib.
Siyasi partiyalar sentyabrın 4-dək partiya siyahılarını (majoritar və merliyə namizədlərin siyahısı) təqdim etməlidirlər.
MSK eyni zamanda seçkilərdə iştirak edəcək partiyaların seçki nömrələrini də müəyyən edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

