Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Gürcüstanda yerli seçkilərin qalibi hakim partiya oldu

Gürcüstanda yerli seçkilərin qalibi hakim partiya oldu

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası mer və yerli şura seçkilərində bütün bələdiyyələrdə qalib gəlib.

XQ Gürcüstanın rəsmi KİV-inə istinadla xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının bülletenlərin 100 faizini emal etdikdən sonra dərc etdiyi məlumatda bildirilib.

Gürcüstan MSK-nın məlumatına əsasən, iqtidardakı “Gürcü Arzusu” partiyası ölkə üzrə səslərin 81 faizindən çoxunu qazanıb. Partiyanın merliyə namizədləri bütün böyük şəhərlərdə və bələdiyyələrdə qalib gəlib. Hakim partiya bütün şəhər və rayon məclislərində aşkar səs çoxluğu əldə edib.

Sonrakı yerlərdə gələn partiyaların səstoplama göstəriciləri belədir: “Güclü Gürcüstan – Lelo” partiyası – 6,7 faiz (90 min 790 səs), “Gürcüstanın namizədi Qaxariya” – 3,7 faiz (49 min 815 səs), “Qirçi” – 3 faiz (40 min 037 səs) və “Gürcüstan üçün mühafizəkarlar” – 2,6 faiz (35 min 312 səs).

Eyni zamanda, hakim partiyanın namizədləri Tbilisi, Rustavi, Kutaisi, Batumi və Poti şəhərlərində keçirilən mer seçkilərində də qələbə qazanıblar.

***

Oktyabrın 4-də seçki məntəqələri bağlandıqdan sonra Tbilisidə vəziyyət gərginləşib. Aksiya iştirakçılarının bir hissəsi Prezident iqamətgahına basqın ediblər. Polislə etirazçılar arasında toqquşma yaşanıb.

Gürcüstanda külli miqdarda odlu silah, hərbi sursatlar və detonatorlu partlayıcı maddələr aşkarlanıb. Yerli medianın məlumatlarına əsasən, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib. Qeyd olunub ki, silah-sursat və partlayıcı maddələri Ukraynada olan hərbi hissələrdən birinin gürcü nümayəndəsinin tapşırığı ilə B.Ç. adlı Gürcüstan vətəndaşı alıb.

Qeyd olunan silah-sursatların Tbilisidə oktyabrın 4-də zorakılıq yolu ilə diversiya aktlarının törədilməsi zamanı və Prezident sarayına hücum cəhdlərində istifadəsi planlaşdırılıb. Silah-sursatları Tbilisiyə çatdırmalı olan bir qrup şəxs zərərsizləşdirilib. Gizli saxlancda aşkarlanmış odlu silahlar, hərbi sursatlar və partlayıcı maddələr Tbilisi yaxınlığındakı meşədə gizlədilib. Həmçinin B.Ç adlı şəxsin göstərişinə əsasən detonator pultunu hazırlayan şəxs də müəyyən edilib. Həmin şəxs artıq Dövlət Təhlükəsizliyi Xidmətinə gətirilib və onunla bağlı istintaq tədbirləri aparılır.

***

Gürcüstanın Baş naziri İrakli Kobaxidze seçkilərdən sonra yaşananlarla bağlı açıqlamasında bildirib ki, son dörd il ərzində Gürcüstan ərazisində beşinci dəfə “Maydan” təşkil etməyə cəhd göstərilib: “Dörd il ərzində radikallar artıq beşinci dəfə hakimiyyəti devirməyə, “Maydan” qurmağa cəhd etdilər. Amma onlar hər dəfə uğursuzluğa düçar oldular”, - o qeyd edib.

Bu arada Avropa İttifaqı (Aİ) Gürcüstanda yaranmış vəziyyətdən narahatlıq ifadə edib və tərəfləri dialoqa çağırıb.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri