Gürcüstanda yüksək vəzifəli məmur saxlanılıb Xarici kəşfiyyata işləyirmiş
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) xarici kəşfiyyata işləmək ittihamı ilə bir məmuru saxlayıb.
Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, bu barədə Gürcüstan DTX rəisinin birinci müavini Laşa Maqradze bildirib.
Onun sözlərinə görə, saxlanılan şəxs Gürcüstan vətəndaşıdır. O, ölkənin dövlət qurumlarından birində yüksək vəzifə tutub.
Vəzifəsindən istifadə edərək sistematik şəkildə məxfi məlumatlar toplayıb xarici kəşfiyyat xidmətinin nümayəndəsinə ötürüb. Görüşlər gizli şəkildə, şifrələnmiş rabitə vasitələrindən istifadə etməklə keçirilib və məlumatlar həm şəxsən, həm də mobil cihazlar vasitəsilə ötürülüb.
Maqradze bildirib ki, ötürülən məlumatlara Gürcüstandakı siyasi və iqtisadi proseslər, təhlükəsizlik qüvvələrindəki vəziyyət, eləcə də etnik və dini azlıqlar haqqında məlumatlar və xarici kəşfiyyat üçün maraqlı olan digər məlumatlar daxil olub.
Araşdırma zamanı məlum olub ki, vəzifəli şəxsin qanunsuz fəaliyyəti mənfəət əldə etmək məqsədi ilə həyata keçirilib. Həmin şəxsə qarşı Cinayət Məcəlləsinin səkkiz ildən on iki ilə qədər həbs cəzası nəzərdə tutan maddəsi ilə cinayət işi açılıb. (trend.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 06 May 2026 00:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















