Gürcüstandakı etiraz aksiyaları nəticəsində parlamentə dəyən ziyan açıqlanıb
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
"Ötən ilin noyabr-dekabr ayında Gürcüstanda keçirilən etiraz aksiyaları ölkənin parlamentinə 500 min lariyə yaxın (təxminən 306 min manat - red.) ziyan vurub".
Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bəyan edib.
"Parlamentə yarım milyon lariyə qədər ziyan dəyib. Bunun yalnız 130 min larisi artıq ödənilib. Hazırda bəzi məsələlər ekspertizadan keçir və yekun qiymətləndirməni gözləyirik. Bizim hesablamalarımıza görə, Gürcüstan parlamentinə dəyən ümumi ziyan təxminən 500 min lari təşkil edir", - deyə Papuaşvili brifinqdə bildirib.
Parlamentin spikerinin sözlərinə görə, etirazlar zamanı, xüsusən də pirotexnika vasitəsilə parlamentin bir otağına od vurulması hər kəsin gözü qarşısında baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 24 Mart 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















